Dünya

Zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşdı

Türkiyədə baş verən zəlzələnin episentri olan Pazarcıkda axtarış-xilasetmə işləri yekunlaşıb. Bunu Kırıkkale valisi Bülent Tekbıyıkoğlu deyib. “Hazırda dağıntılar olan yerlərdə axtarış-xilasetmə işlərimizi yekunlaşdırdıq. Bu, burada işimizin bitdiyi demək deyil. Biz yalnız axtarış-xilasetmə işlərimizi tamamladıq. 872 dağılmış binada canlı insanların olması xəbərlərinə müdaxilə etdik. 41 vətəndaşımızı xilas etdik. 379 vətəndaşımız bu fəlakətdə yaralandı. Təəssüf ki, 413 […]

Cəmiyyət

Bakıda iki avtomobil toqquşdu: Xəsarət alanlar var – FOTO

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, qəza Zabrat 1 qəsəbəsində qeydə alınıb. “Dacia” markalı avtomobilin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanmış vəziyyətdə olan “Hyundai” markalı avtomobilə çırpıb. Nəticədə “Hyundai” markalı avtomobil yolun əks istiqamətinə çıxıb. Qəza nəticəsində 3 nəfər xəsarət alıb. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Avtomobillər ərazidən uzaqlaşdırılıb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Dünya

Kahramanmaraşda yeni görüntülər zəlzələnin şiddətini ortaya çıxardı – VİDEO

Türkiyənin Kahramanmaraş şəhərində təhlükəsizlik kameralarına əks olunan görüntülər zəlzələnin şiddətini bir daha ortaya çıxarıb. 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən əyalətlərdən biri olan Qaziantepdə təhlükəsizlik kamerası görüntüləri görənləri dəhşətə gətirib. Bir məktəbin təhlükəsizlik kameralarına müxtəlif bucaqlardan əks olunan görüntülərdə zəlzələ zamanı lampanın yırğalanması, məktəbin həyətindəki basketbol halqasının və dəhlizdəki mebellərin silkələnməsi zəlzələnin böyüklüyünü […]

Cəmiyyət

Qubada qanunsuz kömür quyuları aşkarlandı – FOTO

Quba rayonunun Tülər kəndi ərazisində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkarlanıb. Bu barədə Oxu.Az-a Dövlət Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. O bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu, Tülər kənd sakinləri Təranə Lixanova və Sakit Əbilov […]

Dünya

“Liverpul” və “Everton” zəlzələ qurbanları üçün formalarını satacaqlar

“Liverpul” və “Everton” klubları Mersisayd derbisində geyinəcəkləri formaları hərracda sataraq gəlirlərini Türkiyə və Suriyada baş verən zəlzələ bölgəsinə göndərəcəklər. Bu barədə klublar açıqlama veriblər. Premyer Liqada bazar ertəsi günü oynanılacaq Mersisayd derbisi zəlzələ qurbanları üçün xeyriyyə kampaniyasına çevriləcək. Klublar arasında baş tutacaq mübarizədə geyilən formalar imzalı şəkildə hərracla satılacaq və əldə edilən gəlir zəlzələdən zərərçəkənlərin ehtiyaclarına […]

Cəmiyyət

Zaqatalada avtomobillərinə əlavə avadanlıqlar quraşdıran sürücülərlə bağlı tədbir görüldü – FOTO

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində qayda pozuntuları törədən sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət-yoxlama tədbirləri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı xüsusilə də nəqliyyat vasitəsində konstruksiya dəyişikliyi edən və digər yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər müəyyən olunub. Onlarla profilaktiki […]

Dünya

Britaniya baş naziri zəlzələ qurbanlarına yardım vəsaitlərini paketlədi – VİDEO

Böyük Britaniya Baş naziri Rişi Sunak tələbələrlə birgə Kahramanmaraşda “Əsrin fəlakəti” olaraq xarakterizə edilən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qatılıb. Nazir tələbələrin yardım vəsaitlərini paketləmələrinə kömək edib. İngiltərə mətbuatında yer alan xəbərə görə, Sunak tələbələrin başlatdığı yardım kampaniyasına qoşulmaq üçün universitetə ​​gedib və Türkiyə Tələbə Birliyi üzvləri ilə görüşüb. Tələbələrin yardım vəsaitlərini çeşidləməsi və qablaşdırmasına […]

Dünya

Qaziantepdə 113-cü saatda dağıntılar altından bir nəfər xilas edildi – VİDEO

Zəlzələlərdən zərər çəkən Türkiyənin Qaziantep şəhərinin İslahiye rayonunda binaların dağıntıları altında axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altından səs eşidən axtarış-xilasetmə qrupları 18 yaşlı Alihan Yılmazla əlaqə saxlaya bilib. Yılmaz aparılan gərgin iş nəticəsində yaralı olaraq dağıntılar altından çıxarılıb. Zəlzələnin 113-cü saatında xilas edilən Yılmaz təcili yardımla xəstəxanaya aparılıb. Mənbə: Anadolu Xeberal.az

Siyasət

Pentaqon: “ABŞ İranın regionda yaratdığı problemin fərqindədir”

“ABŞ İranın özlüyündə regionda yaratdığı problemin fərqindədir”. “Report” xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander bildirib. Onun sözlərinə görə, ABŞ İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün mütəmadi müvafiq addımlar atır: “İndi bunun üzərinə Rusiya və İran arasında müdafiə sahəsində əməkdaşlığa aid olan narahatlıq doğuran hərəkətlər də […]