İqtisadiyyat

Türkiyə və BMT taxıl müqaviləsi ilə bağlı Qərbdən zəmanət istəyir

“Türkiyə və BMT Rusiyadan kənd təsərrüfatı məhsullarının və ammonyakın bazarlara çıxması üçün möhkəm təminat istəyir”. Bu barədə danışıqlardan xəbəri olan mənbə bildirib. Onun sözlərinə görə, hazırda logistika, sığorta və ödəniş baxımından əngəllər var. “İstərdik ki, Qərb ölkələrindən möhkəm zəmanətlər alınsın və bu, ictimaiyyətə açıqlansın”, – deyə agentliyin həmsöhbəti bildirib. Mənbədən vurğulanıb ki, bu, Qara dəniz […]

Dünya

Türkiyədə zəlzələdən sonra aparılan araşdırmalar qorxunc rəqəmləri ortaya qoydu

Türkiyədə beton nümunələrinin təxminən 26 faizində əhəmiyyətli qüsurlar var. Bu barədə Bina və Torpaq Laboratoriyaları Dərnəyinin sədri Yavuz Poyraz bildirib. Onun sözlərinə görə, 320 laboratoriya yalnız beton nümunələrini, digər 60 laboratoriya isə bünövrələri və digər göstəriciləri qiymətləndirir. “Bizim 2022-ci il üçün məlumatımız var. Əgər əvvəllər Türkiyədə bütövlükdə betonun 40%-dən çoxu standartlara cavab vermirdisə, indi bu […]

Kriminal

Naxçıvanda polislə dalaşan iki qardaş həbs edildi

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda polis əməkdaşları ilə münaqişə yaradan iki qardaş həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə fevralın 22-də baş verib. Şərurun Dizə kənd sakini Mahir Abdulov həmin gün müalicə almaq üçün xəstəxanaya gedib. Daha sonra o, oğlu Kənanı qida məhsulları alması üçün mağazaya göndərib. Sürücülük vəsiqəsi olmayan oğlan atasına məxsus VAZ markalı avtomobili […]

Cəmiyyət

Şamaxıda 14 yaşlı qıza təcavüz edildi, qurumlar hərəkətə keçdilər

Şamaxı rayonunda 2008-ci il təvəllüdlü qıza təcavüz olunub. Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Göylər kəndində qeydə alınıb. Belə ki, 1998-ci il təvəllüdlü şəxs onunla qeyri-təbii yolla cinsi əlaqədə olub. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Sosial şəbəkələrdə iddia edilib ki, oğlanın həbs edilməməsi üçün ailəsi qıza elçi düşüb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional […]

İdman

Azərbaycan boksçuları Bolqarıstandan iki medalla qayıdırlar

Bolqarıstanın paytaxtı Sofiyada boks üzrə “Strandja” beynəlxalq turniri başa çatıb. Azərbaycan Boks federasiyasının yaydığı məlumata görə, yığmamız 40-a qədər ölkədən 398 idmançının (256 kişi, 142 qadın) qatıldığı yarışda 2 medal qazanıb. Yığma üzvlərindən Aynur Rzayeva (+81 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. O, finalda Aqata Kajmarskaya (Polşa) məğlub olduğundan gümüş medalla kifayətlənib. Digər boksçumuz Məhəmməd […]

Siyasət

Azərbaycanın dostları Vyanada dünya birliyindən Xocalıya ədalət tələb ediblər – FOTO

Fevralın 26-da Avstriyanın paytaxtı Vyanada Xocalı soyqırımının 31-ci ildönümü münasibəti ilə keçirilən dinc aksiyada ölkəmizə dost münasibəti bəsləyən əcnəbi ekspertlər, ictimai-siyasi və din xadimləri də iştirak ediblər.  Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. Bildirilib ki, Azərbaycanın dostları müasir dövrümüzdə misli görünməmiş amansızlıqla və qəddarlıqla bu hərbi cinayəti törədən erməni cəlladlarını və havadarlarını […]

Cəmiyyət

Bakını duman bürüdü: DYP-dən MÜRACİƏT – YENİLƏNİB + FOTO/VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib. BDYPİ-dən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb: “Bu cür hava şəraiti öz növbəsində sürücülərə ciddi çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq […]

Cəmiyyət

Meteohəssas insanların NƏZƏRİNƏ: Üç gün maqnit qasırğası olacaq

Bu gündən başlayaraq martın 1-dək maqnit qasırğası gözlənilir. Bu barədə Oxu.Az-a Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Qeyd olunub ki, 24-25 fevralda Günəş səthində baş vermiş alışmalar hesabına yaranan Tac Kütlə Atılmasının (Coronal Mass Ejection – CME) fevralın 27-də Yerə çatacağı və onun təsirinin fevralın 28-dək davam edəcəyi proqnozlaşdırılır. Fevralın 24-də […]

Dünya

ABŞ Məxfi Xidmətinin ilk qaradərili qadın əməkdaşı vəfat edib – FOTO

ABŞ Məxfi Xidmətinin ilk qaradərili qadın əməkdaşı Zandra Flemister 71 yaşında vəfat edib. O, əsasən siyasi karyerası ilə yanaşı, cəmiyyətdə geniş yayılan və federal agentlikdə işlədiyi müddətdə özünün də məruz qaldığı irqi ayrı-seçkiliyə dair səs-küylü məhkəmə prosesi ilə yadda qalıb. Flemister Məxfi Xidmətdə işə 1974-cü ildə, diplomatik xidmətə keçməsindən dörd il əvvəl başlayıb. Məxfi Xidmətdə işləyərkən o, […]

Cəmiyyət

Səkkiz yaşlı İslam kəskin leykozdan əziyyət çəkir: Müalicəyə ailəsinin imkanı çatmır – FOTO

Səkkiz yaşlı İslam kəskin leykozdan əziyyət çəkir. Bu barədə Oxu.Az-a onun anası Təmoyeva Fərqanə məlumat verib. Fərqanə Təmoyeva bildirib ki, oğlunun müalicəsi üçün 1 000 manata ehtiyacları var. “İslam iki ildir, kəskin leykozdan əziyyət çəkir. Onun müalicəsi üçün istifadə olunan dərmanlar hədsiz bahadır. Müalicəni davam etdirməyə, inanın ki, artıq imkanımız çatmır. Yoldaşım həbs olunub, özüm […]