Cəmiyyət

Bakını duman bürüdü: DYP-dən MÜRACİƏT – YENİLƏNİB + FOTO/VİDEO

Sharing is caring!

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

BDYPİ-dən Oxu.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Sabirabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında dumanlı hava şəraitinin müşahidə olunması ilə bağlı yollarda görünüş məsafəsi məhdudlaşıb:

“Bu cür hava şəraiti öz növbəsində sürücülərə ciddi çətinliklər yaradır. Qeyd olunanları nəzərə alaraq bütün sürücülərdən sürət həddini real vəziyyətə uyğun seçməyi, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edirik”.

09:42

“Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə olunur. Sinoptik  şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O bildirib ki, Xəzər dənizi üzərində yaranan duman cənub-şərq küləkləri vasitəsilə Abşeron yarımadasına daxil olub:

“Gecə və səhər saatlarında yer səthinin soyuması və yerə yaxın təbəqədə inversiya qatının yaranması dumanın əmələ gəlməsinə şərait yaradıb. Bakıda və Abşeron yarımadasında, Sabirabad, Salyan, Saatlı, Neftçal və Biləsuvar rayonlarında duman müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşıb”.

G.Məmmədova əlavə edib ki, fevralın 27-dən martın 01-i axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə dumanlı hava şəraiti davam edəcək.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir