Cəmiyyət

Sarayda mikroavtobusla yük avtomobili toqquşub – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə Oxu.Az-a FHN-dən bildirilib. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford Transit” markalı […]

Dünya

Minskdə MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb

Minskdə Müstəqil Dövlətlər Birliyi ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb. Bu barədə Azərbaycanın Belarusdakı səfirliyi məlumat yayıb. Məlumata görə, iclas zamanı gündəmdə dayanan məsələlərin müzakirəsi ilə yanaşı “Crocus”da törədilən terror aktı ilə bağlı birgə bəyanatın verilməsi planlaşdırılır. Xeberal.az

Cəmiyyət

Yeni Yasamalda təhlükə saçan köhnə liftlər – FOTO/VİDEO

Bakının Yeni Yasamal rayonu ərazisində yerləşən elə binalar var ki, onların liftləri təhlükəli vəziyyətdədir. Bu barədə Oxu.Az-a adı çəkilən rayonun Dadaş Bünyatzadə, 8 ünvanında yaşayan sakinləri məlumat veriblər. Qeyd olunub ki, istismar müddəti çoxdan bitmiş və hər an təhlükə yarada biləcək, doqquzmərtəbəli binaya xidmət göstərməli olan bu lift 20 ilə yaxındır eyni vəziyyətdədir. Tez-tez xarab olan liftin […]

Dünya

Mauritsio Sarri növbəti mövsüm “Milan”a rəhbərlik edəcəkmi?

Mauritsio Sarrinin növbəti 2024/2025 mövsümündə “Milan”a rəhbərlik etməsi ehtimalı çox azdır. Məlumata görə, “Milan”ın hazırkı baş məşqçisi Stefano Pioli son vaxtlar rəhbərliyin və sahiblərin etimadını qazanıb və heç bir problem yaranmazsa, gələn il onun müqaviləsini təsdiq edəcəklər. 31 turdan sonra “Milan” 68 xalla A Seriyasında ikinci pillədə qərarlaşıb. Həmçinin bildirilir ki, “Milan” Avropa Liqasının 1/4 […]

Siyasət

Azərbaycan və Belarus XİN başçıları görüşüblər – FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Belarusa işgüzar səfəri çərçivəsində belaruslu həmkarı Sergey Aleynik (Sergei Aleinik) ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib. Bildirilib ki, görüş çərçivəsində nazirlər ikitərəfli gündəlikdə duran məsələlərin geniş spektrini müzakirə ediblər, həmçinin Azərbaycan və Belarus arasında strateji tərəfdaşlığın inkişaf etdirilməsi istiqamətində sahələri nəzərdən keçiriblər. During […]

Siyasət

Şəhid kəşfiyyatçının anası: “Onlar olmasaydı, Vətənimiz əldən gedərdi”

“Şəhidlərimiz olmasaydı, Vətənimiz əldən gedərdi”. Bunu “Report”un Xocavənd rayonuna ezam olunmuş əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda şəhid olan Anar Rzayevin anası Siyafət Rzayeva deyib. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun şücaəti, şəhidlərin və qazilərin canı, qanı bahasına 44 günlük Vətən müharibəsində tarixi qələbə qazanıldığını bildirib: “Məhz həmin qələbənin sayəsində övladlarımızın şəhidliyə ucaldığı yerləri ziyarət edirik. Şəhidlərin hamısı […]

Müharibə

“Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı: “Mənə böyük işgəncələr verilirdi”

“Bir il 11 ay əsirlikdə olduğum zaman ağır yaralı olmağıma baxmayaraq, ermənilər tərəfindən mənə böyük işgəncələr verilirdi”. Bunu ”Report”un əməkdaşına açıqlamasında “Xocavənd əməliyyatı”nda sağ qalan yeganə kəşfiyyatçı Aqil Əhmədov deyib. “1997-ci ilin aprelində təxminən bu saatlarda yeddi qardaşım şəhid olub. Mən isə ağır yaralanmışdım. Huşsuz vəziyyətdə düşmən tərəfindən əsir götürülmüşdüm. Bir il 11 ay müddətində əsirlikdə saxlanıldım. Altı ay […]

Cəmiyyət

Lerikdə aramsız yağışlar Ağçay çayı üzərindəki suötürücü boruları dağıdıb – VİDEO

Sel Lerik rayonu ərazisində suötürücü borulara ziyan vurub. APA-nın məlumatına görə, Lerikdə iki gün yağan aramsız yağışlar nəticəsində sel suları Lerik rayonunun Şingədulan ərazisində, Ağçay çayı üzərində salınan suötürücü boruları dağıdıb. Kənd sakinləri borular üzərindən körpü kimi istifadə edirdilər. Qeyd edək ki, Ağçay çayı üzərində qurulan suötürücünün uzunluğu 3-4 metrdir. Bu çay üzərində körpü tikintisi nəzərdə […]

Cəmiyyət

İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb – FOTO

Sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşına narkokuryerlik edən şəxs saxlanılıb. Bu barədə  Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən, əvvəllər talama cinayətlərinə görə məhkum olunmuş Kamran Quliyev saxlanılıb. Ondan beş kiloqrama yaxın marixuana aşkar edilib. K.Quliyev sosial şəbəkələrdə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan “Cəlal” […]