Cəmiyyət

FHN-dən Novruz bayramı ilə bağlı əhaliyə MÜRACİƏT – VİDEO

Fövqəladə Hallar Nazirliyini Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair əhaliyə təkrar müraciət edib. Oxu.Az xəbər verir ki, müraciətdə deyilir: “Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan və hər birimiz üçün əziz olan Novruz bayramı ilə bağlı müxtəlif mərasimlər, o cümlədən çərşənbə axşamları təşkil olunan tədbirlər zamanı bir sıra hallarda yanğın təhlükəsizliyi qaydalarının pozulması sonda ağır fəsadlara səbəb […]

Cəmiyyət

Elektromobillərin batareyalarının utilizasiyası beynəlxalq təcrübəyə uyğunlaşdırılacaq – RƏSMİ + FOTO

Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələrindən istifadə üzrə zəruri infrastrukturun yaradılması, dövriyyəsinin stimullaşdırılması, maliyyə əlçatanlığının artırılması istiqamətində tədbirlər davam etdirilir.  Bu məqsədlə ölkədə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə İşçi Qrupu fəaliyyət göstərir. Ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadə bildirib ki, İşçi Qrupunun hazırladığı təkliflər əsasında həyata keçirilən tədbirlər […]

Dünya

Bayden Ukraynaya görə tətbiq edilən fövqəladə vəziyyət rejimini uzatdı

ABŞ Prezidenti Co Bayden Ukraynaya görə 2014-cü ildən tətbiq edilən fövqəladə vəziyyət rejiminin müddətini daha bir il uzadıb.   Bayden bu barədə konqresə göndərdiyi məktubda bildirib. Bu rejim Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə imkan verir. “Mən qərara aldım ki, Ukrayna ilə əlaqədar 13660 saylı icra sərəncamı ilə müəyyən edilmiş fövqəladə vəziyyətin uzadılması zəruridir”, – deyə məktubda […]

İdman

“Qarabağ”ın “Bayer 04”lə oyununu fransalı hakim idarə edəcək

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer 04” klubuna qarşı keçirəcəyi ilk oyununu fransalı hakimlər briqadası idarə edəcək. “Report”un məlumatına görə, matçda ədaləti Benua Bastiyen qoruyacaq. Ona Hiçam Zakrani və Aureliyen Bartomeu kömək edəcəklər. Ehtiyat hakim funksiyasını Ceremi Pinyard yerinə yetirəcək. VAR hakimi Benua Millot olacaqsa, ona Erik Uattelye kömək göstərəcək. Qarşılaşmanın hakim […]

Cəmiyyət

Motosikletçi yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçərək öldürüb

Saatlıda motosiklet sürücüsü yolun kənarında uzanan sərxoş şəxsin üstündən keçib. APA xəbər verir ki, hadisə rayonun Qırağlı kəndində qeydə alınıb. Niyaməddin İsgəndərov idarə etdiyi “Dnepr-11” markalı motosikletlə yolun kənarında sərxoş vəziyyətdə uzanıqlı şəkildə olan, 1974-cü il təvəllüdlü Ədalət Əliyevin baş nahiyəsinin üstündən keçib. Yaralı xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb. Xeberal.az

Cəmiyyət

DYP-dən müraciət: “Ötmə və manevrlər üçün sol zolaqları boş saxlayın”

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sağ zolaq boş olduğu halda sol zolaqla hərəkət edən sürücülərə müraciət edib. Bu barədə BDYPİ-nin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsi məlumat yayıb. Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunun 49-cu maddəsinə əsasən, normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə […]

Dünya

Haitidə silahlı qruplaşma ölkənin əsas hava limanını ələ keçirməyə cəhd edib

Haitinin paytaxtı Port-o-Prinsdə silahlı quldurlar ölkənin əsas beynəlxalq hava limanını ələ keçirməyə cəhd ediblər. Qeyd olunub ki, quldurlar Haitidə yaranmış ağır vəziyyətlə əlaqədar fəaliyyətini dayandırmış Tussen Luvertür hava limanına daxil olaraq onu ələ keçirməyə cəhd ediblər. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşları ilə cinayətkarlar arasında atışma baş verib. Atışmanın ortasında qalan hava limanın mülki əməkdaşları qaçmaq məcburiyyətində […]

Cəmiyyət

Doğuş zamanı körpə öldü, həkimə elektron qolbaq taxıldı

Abşeron Rayon Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Arzu Bədəlovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Arzu Bədəlova üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. Qeyd edək ki, A.Bədəlovanın səhlənkarlıq etməkdə təqsirləndirildiyi hadisə 2022-ci il yanvarın 4-də Abşeron Rayon […]

Cəmiyyət

“Dostluq” kinoteatrının ətrafı niyə hasarlanıb? – AÇIQLAMA

Sosial mediada “Dostluq” kinoteatrının ətrafının hasara alınması ilə bağlı yeni görüntülər yayılıb. Məsələ ilə əlaqədar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, kinoteatrının fasad hissəsinin vəziyyəti ilə bağlı tikilinin ətrafı təhlükəsizliyin təmin olunması məqsədilə hasarlanıb. Dövlət Xidmətindən o da bildirilib ki, “Dostluq” kinoteatrının tarixi abidələr siyahısına salınması […]