Dünya

Nigeriyada tıxacda 300-dək avtomobil yandı – VİDEO

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb.  Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib. Tıxacda digər avtomobillərlə birgə dayanan yanacaq daşıyan tanker alovlanaraq partlayıb. Yaxınlıqda neft emalı zavodu yerləşdiyindən […]

Dünya

Keniyada leysan yağışlar 70-dən çox sakinin ölümünə səbəb oldu

Keniyada son iki ayda güclü və uzun sürən yağışların səbəb olduğu torpaq sürüşmələri və daşqınlar nəticəsində azı 76 nəfər ölüb. Bu barədə Keniya hökumətinin sözçüsü İsaak Maiqua Mvaura məlumat verib. “Son 12 saat ərzində daha 12 nəfər ölüb, yağışlar nəticəsində ölənlərin ümumi sayı 76-ya çatıb. Daha 29 keniyalı yaralanıb və 19 nəfər itkin düşüb”, – […]

MARAQLI

Rusiyada “uçan at” sosial şəbəkələrin fenomeninə çevrildi – FOTO/VİDEO

Orenburqdakı “uçan at” sosial şəbəkələrin fenomeninə çevrilib. Kadrlar internetdə virus sürəti ilə yayılıb və istifadəçilər tərəfindən xeyli müzakirə olunub. Əslində burada heç bir sehr yoxdur. Kadrlarda qar kimi bəyaz atın seldən xilas anı əks olunub. Məlumata görə daşqınlar başlayanda yemin köməyi ilə evin ikinci mərtəbəsinə çıxarılan at, 10 gün eyvanda yaşayıb. Sular çəkiləndə isə, at […]

Dünya

Almaniyada “futbol qatarı” işə salınacaq

İyunun 14-dən iyulun 14-dək keçiriləcək futbol üzrə Avropa çempionatı öncəsi Almaniyada xüsusi şəhərlərarası “futbol qatarı” işə salınacaq. Məlumata görə, çərşənbə axşamı qatar Frankfurtdan Berlinə yola düşəcək. Daha sonra qatar Almaniya daxilində və qismən də Avstriyada müxtəlif marşrutlarda fəaliyyət göstərəcək. Qatarda ümumilikdə 444 oturacaq olacaq. Nəqliyyat vasitəsi içəridən və çöldən Avropa çempionatına həsr olunmuş plakatlar və […]

Dünya

“Ferrari” “Lamborghini”yə qarşı: Krossoverlərin yarışında hansı qalib gəldi? – VİDEO

İtaliyanın məşhur “Ferrari” və “Lamborghini” brendlərinin krossoverləri düz xətt üzrə yarışıblar. Yarışların videosu “Carwow” “YouTube” kanalında yayımlanıb. Avtomobillərdən biri – 2022-ci ildə təqdim olunan “Ferrari Purosangue” 725 at gücü hasil edən 6,5 litrlik atmosferli V12 mühərriki ilə işləyir. Ona qarşı trasa 100 km/saata 3,3 saniyəyə sürətlənən, 666 at qüvvəli mühərrikə malik “Lamborghini Urus Performante” krossoveri […]

İdman

“Çelsi” “Aston Villa” ilə sülh bağladı – VİDEO

İngiltərə Premyer Liqasının 35-ci turunda Birmingem “Aston Villa”sı ilə London “Çelsi”si qarşılaşıb. Görüş Birmingemdəki “Villa Park” stadionunda baş tutub və heç-heçə başa çatıb – 2:2. Dördüncü dəqiqədə Mark Kukurellanın avtoqolu meydan sahiblərinə hesabda önə keçməyə imkan verib. 42-ci dəqiqədə Morqan Rocers dubl edib. London klubu ikinci hissədə Noni Madueke və Konor Qallaherin dəqiq zərbələri ilə […]

Cəmiyyət

Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış – VİDEO

“Ceyhun adlı sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış”. Oxu.Az xəbər verir ki, bu fikirlər İTV-yə müsahibəsində sabiq prokuror Munis Abuzərli səsləndirib. O bildirib ki, Ceyhun polis olduğuna görə sevgilisi Nigar ondan şübhələnmirdi: “Hətta oğurluğa girdiyi evdə oturub konyak da içmişdi”. Ətraflı istintaq materialında: Xeberal.az

Cəmiyyət

Ağdamda yolu azan şəxs minaya düşdü

Ağdam rayonu ərazisində mina hadisəsi baş verib. “Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumatında bildirilib. Qeyd olunub ki, 2024-cü il 27 aprel tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Mərzili kəndi ərazisində mina hadisəsi baş verib. Xəsarət alan şəxs 1994-cü il təvəllüdlü Vidadi Vüqar […]

İdman

Debütantla bacarmayan PSJ sensasiyaya imkan vermədi – VİDEO

Fransa çempionatının 31-ci turunun matçında PSJ gözlənilmədən öz stadionunda “Havr”la 3:3 hesabı ilə heç-heçə edib. Qonaqlar Kristofer Operinin dəqiq zərbəsi sayəsində önə keçsələr də, bir neçə dəqiqə sonra Luis Enrikenin yetirmələri Bredli Barkolun səyi ilə hesabı bərabərləşdiriblər. Birinci hissə bitməmiş “Havr” yenidən önə keçib, Andre Ayyu fərqlənib. Fasilədən sonra Abdulaye Ture penaltini qola çevirərək fərqi […]

İdman

“Atletiko” üç xalı üç qolla aldı – VİDEO

Madriddə İspaniya çempionatının 33-cü turunun “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) matçı baş tutub. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Paytaxt klubunda qolları Rodriqo De Paul (15-ci dəqiqə) və Anxel Korrea (52-ci dəqiqə) vurub. Daha bir qolu isə “Atletik”in futbolçusu Unai Simon (80-ci dəqiqə) öz qapısına göndərib. Bilbaoluların yeganə qolu Niko Uilyams (45-ci) […]