Cəmiyyət Müharibə

Fəzail Ağamalı: Xocalı Soyqırımı Azərbaycan Xalqının Qan Yaddaşıdır!

  1992-ci ilin fevralın 25 dən – 26-na keçən gecə erməni vandalları tərəfindən törədilən Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biridir, bəşəri cinayətdir. Son üç əsrdə ermənilərin və onları himayə edən güc mərkəzlərinin qarşıya qoyduqları məqsəd tarixi Azərbaycan torpaqlarında mifik “böyük Ermənistan” yaratmaqdır. Xalqımıza qarşı təxribat, terror, kütləvi qırğın kimi cinayətlər törətməklə […]

Dünya

ABŞ-da 11 yaşlı qız parlamentə dolu tüfənglə girdi

ABŞ-ın Aydaho ştatında 11 yaşlı Beyli Nilsen qanunvericiliyin müzakirə olunduğu parlamentin iclasına dolu tüfənglə girib. Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Bildirilir ki, qız ictimai dinləmədə babasını müşayiət edib. Onlar Aydaho ştatında qeydiyyatda olmayan silahların gizli daşınması barədə qanun layihəsinə dəstəklərini ifadə etmək istəyiblər. Baba nəvəsini cəmiyyətin odlu silahdan qorxmamalı olduğunu nümayiş məqsədi ilə […]

Kriminal

Kürdəmirdə ana övladını boğduqdan sonra intihar edib? – İstintaqda ehtimal olunan dəhşətli variantlar

Kürdəmir rayonunun Şuşun kəndində yaşamış 32 yaşlı Leyla Cəfərova bir yaş altı aylıq oğlunu boğaraq öldürdükdən sonra intihar edib. Hazırda istintaq bu versiyaya əsaslanır. Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat daxil olub. Qeyd edək ki, Şuşun kəndində ana və uşağın müəmmalı ölümü bir çox suallar doğurub. Faciə fevralın 22-nə keçən gecə baş verib. Səhəri gün kənd ərazisindəki quyudan […]

Siyasət

Şeyxin qohumunun lider namizəd olduğu dairə barədə qərar açıqlandı

Milli Məclisə seçkilərlə əlaqədar 27 saylı Sabunçu İkinci Seçki Dairəsi üzrə bir məntəqənin nəticələri ləğv edilib. Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında həmin dairə üzrə namizəd Gülməmməd Abdullazadənin şikayəti əsasında bu barədə qərar verilib. Nəticələri etibarsız sayılan həmin dairənin 34 saylı seçki məntəqəsidir. Qeyd edək ki, həmin dairənin lider namizədi Əliabbas Salahzadədir. O, eks-deputat Qalib Salahzadənin […]

Bölgə Cəmiyyət

Biləsuvarda zibillik əlindən tərpənmək mümkün deyil: “Burada koronavirus da, taun da olar”

Biləsuvar rayon İcra Hakimiyyətinin yaxınlığındakı ərazi zibilliyə çevrilib. Məsələ illə bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb. İddia edilir ki, foto Biləsuvarın mərkəzi küçələrindən birində lentə alınıb: “Bura rayon İcra Hakimiyyətinin 100 metr yaxınlığında yerləşən ərazidir. Ərazinin təmizliyinə baxan yoxdur. Bu zibillikdə “koronavirus” nədir, “taun” xəstəliyi də tüğyan edər. O işıqlı binada əyləşən cənablar küçələrə tökülən zibillərin təmizlənməsinə baxmırlar”. […]

AKTUAL Cəmiyyət

Lənkəranda 30-dan çox uşaq xəstəxanaya yerləşdirilib? – VİDEO

İranda koronavirusa yoluxanların və ölənlərin sayının artması sərhədyanı rayonlarda əhali arasında narahatlığa, eləcə də, müxtəlif şayiələrin yayılmasına səbəb olub. Lənkəranda 30-dan çox uşağın koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilməsi barədə yayılan şayiələr də bu qəbildəndir. Baku TV-nin əməkdaşları əhali arasında gəzən söz-söhbətlərin nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək üçün Lənkəran Rayon Mərkəzi Xəstəxanasına baş çəkiblər. Xəstəxanadan Baku TV-yə bildirilib ki, bu barədə […]

Siyasət

İlham Əliyev və Ərdoğan mətbuata birgə bəyanatla çıxış ediblər – YENİLƏNİB+FOTO/VİDEO

Fevralın 25-də sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı  -Hörmətli cənab Prezident, əziz qardaşım. Hörmətli qonaqlar, xanımlar və cənablar. Hörmətli mətbuat nümayəndələri. Cənab Prezident Sizi Azərbaycanda bir daha […]

Cəmiyyət

İrandan qayıdan 23 Azərbaycan vətəndaşı xəstəxanaya yerləşdirildi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. Məlumatda deyilir: “İran İslam Respublikasının xəstəlik qeydə alınan ərazilərində olan 23 nəfər müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin müayinə zamanı iki nəfərin hərarəti normadan bir qədər yüksək olub. Səhhətlərində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri karantin müddəti bitənə qədər davam […]

Cəmiyyət

 “Nar” 4G istifadəçilərinin sayı 1 milyonu ötüb!

Müştərilərinə hər zaman keyfiyyətli şəbəkə təcrübəsi təqdim edən “Nar”ın, 4/4.5G şəbəkəsinə qoşulan və aktiv şəkildə istifadə edən abunəçilərinin sayı 1 milyonu ötüb. Son bir ildə Bakı və regionlarda quraşdırılmış 1000-dən çox yeni LTE/LTE-A texnologiyalı baza stansiyaları sayəsində “Nar”ın ümumilikdə 4G istifadəçilərinin sayı iki dəfə artıb. Mobil operator paytaxtla yanaşı, regionlarda da şəbəkəsinin gücləndirilməsinə hər zaman […]

Araşdırma

Fuad Muradovu Fransa polisi tuta bilər – ŞOK İDDİA

İki gün öncə mətbuatda qeyd olundu ki, Fransa Milli Polsinin Baş Müfəttişliyi Fransada məskunlaşmış Elşad Abdullayev haqqında S-2020/469 saylı cinayət işi açıb və təhqiqata başlayıb. Təhqiqatın səbəbi Elşad Abdullayev haqqında mətbuatda dərc edilən materiallar və onun kriminal əməlləri barədə faktlardır. Fransa polisi kömək istəyir Fransa polisi eyni zamanda ictimaiyyətə müraciət edərək Elşad Abdullayevin Avropada qanunsuz […]