İdman Manşetüstü

Çempionlar Liqası: “Qarabağ” “Dundolk”a qarşı – HEYƏTLƏR AÇIQLANDI (YENİLƏNİR)

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində saat 21:00-da başlayacaq “Qarabağ” – “Dundalk” cavab oyunu üçün heyətlər açıqlanıb. XeberAl.az UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq: “Qarabağ”: Vaqner da Silva, Maksim Medvedev, Rahil Məmmədov, Rəşad Sadıqov (k), Ailton Silva, Riçard Almeyda, Miçel, Filip Ozobiç, Xayme Romero, Abdullah Zubir, Mahir Emreli Ehtiyat oyunçular: Şahruddin Məhəmmədəliyev, Qara […]

Cəmiyyət Manşetüstü

Natəvan Bayramovaya “Azərbaycan Dəmir Yolları”nda vəzifə verildi

“Azərbaycan Dəmir Yolları” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsi ləğv edilərək onun əvəzinə Mətbuat katibliyi yaradılıb. Bu barədə XeberAl.az-a Azərbaycan Dəmir Yolları”ndan bildirilib. Məlumata görə, katibliyə rəhbərlik indiyə qədər İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yarım Şurasının üzvü olan Natəvan Bayramovaya həvalə olunub. O, qurumun sözçüsü kimi Sevinc Qədirovanı əvəz edib.

manset Ölkə

Mədət Quliyevdən YENİ TƏYİNATLAR

Müdafiə Sənayesi Nazirliyində (MSN) struktur dəyişikliyi aparılıb və yeni kadr təyinatları olub. XeberAl.az-ın əldə etdiyi məlumata görə, Müdafiə Sənayesi naziri Mədət Quliyevin imzaladığı müvafiq əmrlə Nazirliyin Hüquq-müqavilə və kadrlar şöbəsi ləğv edilib. Onun əsasında iki yeni şöbə – Hüquq şöbəsi və Kadrlar şöbəsi yaradılıb. Eyni zamanda bu şöbələrə müdirlər təyin olunub. Müvafiq əmrlə Hüquq şöbəsinin […]

Cəmiyyət manset

MiQ-29 qəzası: Türk mütəxəssislər Bakıda – Foto

yulun 24-də təlim-məşq uçuşları zamanı qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilotun axtarışlarında iştirak edəcək türkiyəli mütəxəssislər İstanbuldan Azərbaycana yola düşüblər. XeberAl.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Heyətə Türkiyənin Dəniz Donanmasına aid Sualtı Axtarış Xilasetmə Dəstəsinin 10 əməkdaşı daxildir. Onlar təyyarənin və pilotun axtarışlarında iştirak edəcəklər. Qeyd […]

Hadisə manset

Ağstafa rayonunun içra başçısı Nizammədin Quliyev rayonun adını dəyişib ”Ağtava” qoydu

Ağstafa rayonunun girişində rayonun adı “Ağtafa” kimi yazılıb. Fakttv.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə fotoşəkil yayılıb. Yayılan şəkillərdə isə rayonunun adında “s” hərfinin yazılmadığı, rayonun adının “Ağtafa” yazıldığı öz əksini tapıb. Fotoşəkillə birlikdə yayılan məlumatda bildirilir ki, rayonun adının bu cür yazılması icra başçının tapşırığı əsasında həyata keçirilib.

Hadisə Manşetüstü

Batumidə üç azərbaycanlını bıçaqlayan şəxsin kimliyi müəyyən olundu

Batumidə üç azərbaycanlı turistə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən şəxs müəyyən olunub. XeberAl.az  xəbər verir ki, həmin şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir. Şübhəli şəxsin yeniyetmə olduğu barədə məlumatlar yayılıb. Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi üzrə aparılır. Bu maddə ilə üç ildən beş ilədək həbs cəzası nəzərdə tutulur. […]

Cəmiyyət manset

UNESKO-nun baş direktoru Azərbaycana təşəkkür etdi

UNESKO-nun baş direktoru Odre Azule Azərbaycan hökumətinə Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının keçirilməsi ilə bağlı təşəkkür məktubu göndərib. Mədəniyyət Nazirliyindən XeberAl.az-a verilən məlumata görə, məktubda Azərbaycanın UNESKO-nun bu nüfuzlu tədbirinə yüksək səviyyədə ev sahiblik etdiyi bildirilib və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına hazırlıq prosesi, sessiyanın təşkili, iclasların effektiv idarə edilməsinə görə minnətdarlıq ifadə olunub. Baş […]

Dünya manset

BP tankerlərinə Hörmüzdən keçməyi qadağan etdi

BP London və Tehran arasında gərginliklə əlaqədar olaraq Hörmüz boğazı vasitəsilə neft tədarükü gerçəkləşdirməyi planlaşdırmır. XeberAl.az xəbər verir ki, bunu BP-nin Maliyyə direktoru Brayan Qilvari deyib. “BP öz neftinin nəqlini davam etdirəcək, amma qısa müddətli perspektivdə şirkətin bayrağı altında bir gəmi belə Hörmüz boğazını keçməyəcək. BP Fars körfəzindən neft tədarükü üçün çarter gəmilərindən istifadə edəcək”, […]

Cəmiyyət manset

Düşmənlərin məyus olması başa düşüləndir, amma müxalifətin məyusluğu… – Əli Əhmədov

Azərbaycan Respublikasının XX əsrin sonlarında müstəqilliyinə qovuşan gənc dövlətlər sırasında ən uğurlularından biri olması bütün dünyada hamılıqla qəbul olunan gerçəklikdir. İqtisadiyyatını 3,5 dəfə artırmaq, əhalinin həyat səviyyəsini dəfələrlə yüksəltmək, möhtəşəm infrastruktur layihələri sayəsində ölkənin simasını büsbütün yeniləşdirmək, ən islahatçı dövlət adını qazanmaq və sair nailiyyətlər gənc dövlətlərdən heç də hamısına müyəssər olmamışdır. XeberAl.az Trend-ə istinadən […]

Cəmiyyət Manşetüstü

Qüdrət Həsənquliyev: “Biz erməni xalqını məğlub etməsək…”

XeberAl.az teleqraf.com-a istinadla BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibəni təqdim edir: – Qüdrət bəy, son dövrlər bəzi müxalifət fəalları sosial şəbəkələrdə, xüsusilə “yuotube”da ölkə rəhbərliyində təmsil olunan yüksək vəzifəli şəxsləri absurd şəkildə regionçu, yaxud anti-regionçu kimi təqdim edirlər. Bu yanaşmaya münasibətiniz necədir? – Həqiqətən absurd yanaşmadır. Bunlar əsası olmayan qeyri-ciddi iddialardır. Bəzən təyinatlar zamanı […]