Asiya

Türkiyə İraqda genişmiqyaslı əməliyyata başladı

Sharing is caring!

Türkiyə Silahlı Qüvvələri Şimali İraqda Metina, Zap, Avaşin, Basyan və Kandildə genişmiqyaslı əməliyyata başlayıb.

“XəbərAl.az” Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyatda müəyyənləşdirilən hədəflər havadan və qurudan vurulur.

Əməliyyat çərçivəsində quru hərəkatı aparılır. Xüsusi Qüvvələrin Metina bölgəsinə helikopterlərlə endirildiyi bildirilir. Xüsusi Qüvvələrə hücum helikopterləri və PUA-lar dəstək verir.

Çox sayda döyüş təyyarəsi ilə yanaşı, silahsız və silahlı hava vasitələri də əməliyyata cəlb edilib. Əməliyyatda terror təşkilatının mərkəzləşdiyi sığınacaqlar və cəbbəxana kimi istifadə olunan mağaralar vurulur.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir