Asiya

Türkiyədə 2 qatar toqquşdu, yaralılar var

Sharing is caring!

Türkiyənin Adana bölgəsinin Pozantı rayonunda 2 yük qatarının toqquşması nəticəsində 8 vaqon relslərdən çıxıb.

“XəbərAl.az” “Hürriyet”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 maşinist yaralanıb.

Qəza yerinə təcili tibbi yardım və xilasetmə qrupları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir