Asiya

Türkiyədə COVID-19-a qarşı mübarizə gücləndi: Xəstələrə iki illik nəzarət mərkəzləri açılır

Sharing is caring!

Türkiyədə koronavirus xəstələrinin sağlamlıq vəziyyətinə nəzarət və izləmə üçün “COVID-19 İzləmə Mərkəzləri” açılmağa başlanılıb.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, Mərkəzlərin qısa müddətdə 24 vilayətdəki 30 sağlamlıq bölgəsinə və daha sonra bütün ölkə üzrə genişləndirilməsi hədəflənir.

COVID-19 olan xəstələrə ən az 2 il nəzarət ediləcək və onların mümkün sağlamlıq problemlərinə erkən müdaxilə olunacaq. Eyni zamanda, bu xəstəliklə mübarizədə səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq üçün təyin ediləcək yeni siyasətlər üzərində işlər aparılacaq.

Mərkəzlərdə elmi tədqiqatlara zəmin yaratmaq üçün yeni metodlar da inkişaf etdiriləcək.

Mərkəzlərə dəvət könüllülük prinsipinə əsaslanacaq. COVID-19 müəyyən olunan vətəndaşlara zəng edilərək  mərkəzə dəvət ediləcək və onlarla görüş təyin olunacaq. Həmin şəxsin sağlamlıq vəziyyəti qiymətləndiriləcək və zəruri hallarda o, müvafiq ekspertiza sahələrinə yönəldiləcək. Beləliklə, COVID-19-un uzunmüddətli təsirləri yaxından izləniləcək və mümkün sağlamlıq problemlərinin qarşısı alınacaq.

Mərkəzlərdə edilən əməliyyatlar üçün heç bir ödəniş olmayacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir