Qazax Dövlət Sosial-İqtisadi Kollecinin sabiq tədris işləri üzrə direktor müavini, təzyiqlərə məruz qaldığı üçün işdən öz ərizəsi əsasında istefa verən, bundan sonra onun barəsində aparılan qarayaxma kampaniyasına görə müraciət etdiyi heç yerdə işə qəbul edilməyən Nicat Göyüşov Kollecdə üzləşdiyi qanunsuzluqlar və ona olunan təzyiqlər, haqsızlıqlarla bağlı məsələləri ictimailəşdirməklə möhtərəm prezidentimiz cənab İlham Əliyevin diqqətinə çatdırmaq istədiyini deyir. O bu qərara gəlməsində son dövrlərdə ölkə başçısının apardığı kadr islahatlarının, korrupsioner və rüşvətxor məmurlara qarşı aparılan sistemli mübarizənin rolu olduğunu deyir: “Əlimdə Qazax Dövlət Sosial-İqtisadi Kollecindəki özbaşınalıqları, ciddi qanun pozuntularını, yeyintiləri göstərən əsaslı faktlar, sübutlar var. Yaxşı olardı ki, həm Təhsil Nazirliyi, həm Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, həm də Rayon İcra Hakimiyyəti aparatında təhsil sektoruna cavabdeh olan şəxs onlarla tanış olmaq üçün maraq göstərərdilər. Çünki cənab Prezidentimizin apardığı şəffaf siyasətə kölgə salan bu cür şəxslərin fəaliyyətinə imkan vermək insanlar arasında dövlətə inamı sarsıdır, narazılığı artırır. Ölkə başçısı gecə – gündüz çalışıb xalqın güzəranını yaxşılaşdırmağa səy göstərir, qanunsuzluqlarla ciddi mübarizə aparır ki, demokratik quruluşda yaşadığının hər bir vətəndaş canlı şahidi olsun, bir qisim bu cür fəaliyyət yolunu tutan şəxslər də səlahiyyətlərindən başqa cür istifadə etməklə etiraz yaradırlar. Buna görə də hər birimiz cənab prezidentin ətrafında sıx birləşərək qanunsuzluğa qarşı birgə mübarizə aparmalı, dövlətimizin daha da möhkəmlənməsi, inkişaf etdirilməsi işində yaxından iştirak etməliyik”. Onu da qeyd edək ki, Nicat Göyüşov özünə məxsus facebook profilində Qazax Dövlət Sosial-İqtisadi Kollecində baş verən qanunsuzluqlara aid faktlar paylaşıb məsələni ictimailəşdirir və bu yolla problemi ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istədiyini deyir. O, Kollecdəki özbaşınalıqların qarşısını almaq üçün cənab Prezidentin dəstəyini alacağına ümid edir.
Oxşar Xəbərlər
Paşinyanın etirafı erməniləri təlaşlandırdı – Xəbərlərin 09:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. “Vaqner” özəl hərbi təşkilatı tarixə qovuşdu. Rusiya Yevgeni Priqojinin öldüyünü təsdiqlədi. Kəlbəcər atəşə tutuldu. Ruben Vardanyan Arayik Arutyunyanı niyə devirmək istəyir? Erməni deputatdan gözlənilməz açıqlama. Ermənistanda tikinti normaları standartlara cavab vermir. Paşinyanın etirafı erməniləri təlaşlandırdı. Daha ətraflı BAKU NEWS-un 09:00 buraxılışında: Xeberal.az
Masallıdakı meşə yanğınının qəsdən törədilməsi faktı ilə bağlı araşdırmalara başlanılıb
Masallı rayonunda meşədə yanğının qəsdən törədilməsi faktı ilə bağlı araşdırmalara başlanılıb. “Report” xəbər verir ki, yanğının qəsdən törədilməsinə dair əsaslı şübhələr var və bu barədə hüquq-mühafizə orqanları məlumatlandırılıb. Qeyd edək ki, Masallı rayonunun Qəriblər meşəbəyliyinin 4-5-ci dolaylarında baş verən yanğın tam söndürülüb. Yanğının söndürülməsində Fövqəladə hallar Nazirliyinin (FHN) Xüsusi Rislki Xilasetmə Xidməti, Mülki Müdafiə Qoşunları, […]
20 Yanvar faciəsinin şahidi olan binada söküntü işləri aparılır – FOTO
“20 Yanvar” dairəsində yerləşən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin binasında söküntü işləri aparılır. Belə ki, binanın fasadı, eləcə də bir sıra konstruksiyalar sökülür. Qeyd edək ki, 20 Yanvar faciəsi zamanı həmin bina güllələrə tuş gəlib. Daha çox foto burada: Photostock.az Xeberal.az