Araşdırma

Elnur Əliyevlə adı “sevgi qalmaqalında” halanan xanım “Azərsu”ASC-də yüksək vəzifədə işləyir?

Sharing is caring!

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən (DTX) Mədəniyyət Nazirliyində keçirilən xüsusi əməliyyatı nəticəsində saxlanılan mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevlə bağlı SABAHİNFO,AZ saytına məlumat daxil olub.  Daxil olan məlumata görə,  Elnur Əliyevlə qeyri-rəsmi münasibətdə olan Zemfira Hüseynbəyli hazırda AZƏRSU ASC-də yüksək vəzifədə çalışır. İş orasındadır ki, E.Əliyev vəzifədə olduğu müddətdə hər zaman Zemfira Hüseynbəylini öz “qanadları” altına alıb. 


E.Əliyevin bu diqqət və qayğısı nəticəsində vəzifə və saləhiyyət sahibi olan Z.Hüseynova ASC-də söz sahibinə çevrilib. Mələsə ilə bağlı qarşı tərəfə müraciət etsək də bizə bu yöndə məlumat veriləcəyi bilindi. 


Onu da qeyd edək ki, Z.Hüseynovanın vəzifə və söz sahibi olmasında E.Əliyevlə yanaşı AZƏRSU ASC-nın sədr vəzifələrini icra edən Köçərli Həsənovun da rolu var. 


P.S. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq. 


Onu da bildirək ki, Bir müddət öncə E.Əliyevin həyat yoldaşı ilə sevgilisi arasında mübahisə yaşanıb. Münaqişəni sakitləşdirmək üçün mədəniyyət naziri Anar Kərimov onu tutduğu vəzifədən azad edib. Hazırda xanım digər nazirlikdə öz fəaliyyətini davam edir. Həmçinin Elnur Əliyevin adı digər bir qalmaqalda da hallanır. Belə ki, bu yaxınlarda Heydər Əliyev Sarayında keçirilən tədbirlərin birində Elnur Əliyev oraya Zemfira Hüseynbəyli ilə birlikdə gəlib. Həmin tədbirdə iştirak edən nazirliyin Ümumi şöbəsinin keçmiş rəisi Elnur Əliyevi keçmiş sevgilisi Zemfira Hüseynbəyli ilə gördükdə mübahisə yaranıb. Tərəflər arasında hətta əlbəyaxa dava düşüb. Məsələyə polis müdaxilə edib və iş Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində araşdırılıb. Həmçinin mənbə qeyd edir ki, nazirliyin keçmiş Ümumi şöbəsinin müdiri Zemfira Hüseynbəylininin universitetdə müəllimi olub və onlar, o zamanlar sevgi münasibətində olublar. Verilən məlumata görə, Zemfira Hüseynbəyli öncə ailəli olub və bu nikahdan iki övladı var. O, keçmiş həyat yoldaşı ilə Birləşmiş Krallığın Kingston London Universitetində birgə təhsil alıb. Həmin şəxs bizneslə məşğuldur. //SABAHİNFO.AZ//

Qarşı tərəfin mövqe haqqını tanıyırıq

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir