Araşdırma

“Hacı” və modelyer sevgilisi ilə məşhurlaşan “SƏHLİYALI”nın maaş QALMAQALI – Bu dəfə “TİKTOKER”lərlə… (İDDİA)

Sharing is caring!

Ölkənin tanınmış kolbasa-sosis istehsalçısı olan “Səhliyalı” KM sahibi dəyişib.


Bir müddət öncə mətbuatda gedən məlumatlara görə, Elşən Bəkir Bəkir oğlu artıq sözügedən müəssisənin qanuni təmsilçisi deyil. “Səhliyalı”nın hazırki qanuni təmsilçisi Rövşən Səmədov Knyaz oğludur.

Xəbəral.az AZİNFORM.AZ-a isitnadən xəbər verir ki, edilən şikayətdə iddia edilir ki, şirkət uzun müddət işçilərin maaşlarının ödənməkdə çətinlik çəkib. Bu səbəbdən də rəhbərlik şirkəti satmaq qərarına gəlib.

Ancaq saytımıza verilən digər məlumata görə, Elşən Bəkir Bəkir oğlu “Səhliyalı”nı tamamilə tərk etməyib, hissədar olaraq qalıb. 

İddiaya görə, Elşən Bəkirin dövründən qalan problemlər hələ də həllini tapmayıb. 

Bir zamanlar “Hacı”  və modelyer sevgilisi ilə məşhurlaşan şirkət,deyəsən son dövrlər “tik-toker”lərin reklamları ilə “qabağa düşmək” istəyir.  Çünki son zamanlar (tiktok ölkədə məhdudlaşdırılana qədər) “tiktoker” reklamlara üstünlük verilib.

Bildirək ki, “Səhliyalı” KM-in tərkibindəki “1000 Bərəkət Halal Nemət” MMC-nin qanuni təmsilçisi isə dəyişməyib, hələ də İlham Bəşirov Bəşir oğludur. “Səhliyalı” KM-nin nizamnamə kapitalı 759000 AZN-dir. Şirkət Elşən Bəkir Bəkir oğlununn adına olsa da direktor kimi qardaşı Fərid Bəkir Bəkir oğlu göstərilib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir