Ana Səhfə Gündəm

“Məmurlar Bibiheybət məscidinin yaxınlığını satıb”- Vətəndaşdan QANUNSUZLUQLA BAĞLI İDDİA – VİDEO

Sharing is caring!

Bu gün kanalımızın əlaqə nömrəsinə göndərilən video və səs yazısında iddia olunur ki, bəzi dövlət məmurları Səbail rayon ərazisində qanunsuz olaraq aparılan işlərə göz yumur. Digər iddiaya görə həmin ərazi satılması qanunsuz olduğu halda yüksək məbləğdə satılıb. Aidiyyatı orqanlara müraciət edən vətəndaşın səs və video yazısını təqdim edirik.

XəbərAl.az xəbər verir ki, “Xəzər Dəniz Gəmiçiliyini neft donanmasının Bibiheybət məscidinin yaxınlığında yerləşən Kükürtlü Su pu pansionatının ərazisi naməlum şəxslər tərəfindən satılıb. Cavabdeh olan şəxslər Xəzər Dəniz Gəmiçiliyinin donanmasının rəisi Rauf Vəliyev, onun müavini Taqət Qurbanov, Əmlak Komitəsi, Bibiheybət Gəmi Təmiri Zavodu, Socar, Səbail Rayon İcra hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi bilərəkdən bu məsələyə göz yumurlar. Həmin sahədə hal hazırda qanunsuz “planirovka” aparılır. Həmin sahə hasarlanıb və adiyyatı qurumlar buna etinasız yanaşır. Vaxtı ilə böyük müalicəvi əhəmiyyəti olan bu kükürdlü su pansionatının ərazisini bir milyon manat dəyərində dəyərləndirib satıblar. Bizə məlum olmayan şəxs adı çəkilən məmurlar tərəfindən gizlədilir. Camaatın narazılığı əsasında bizdə bir mətbuat olaraq çəkiliş edib ictimailəşdirdik. Ümidvaram ki səsimiz cənab prezidentə çatacaq”. Reportajda vətəndaşın adını çəkdiyi şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

XəbərAl.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir