İqtisadiyyat

Müzəffər Ağakərimov: “Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə Qafqazda birinci olacaq”

Sharing is caring!


“Azərbaycanda 2000-ci illərin əvvəlinə qədər beş-on turizm şirkəti, 250-yə yaxın hotel fəaliyyət göstərirdi. Son 20 ildə isə ölkədə fəaliyyət göstərən hotellərin sayı 800-ə çatıb”.

Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda çıxışı zamanı bildirib.

O qeyd edib ki, pandemiyadan əvvəl 4 000-ə qədər turizm şirkəti var idisə, indi onların sayı 2 500-ə qədərdir:

“Hazırda Bakı və regionlarda dünyanın bütün brend hotelləri fəaliyyət göstərir. 1994-cu ildə “Əsrin müqaviləsi” imzalanandan sonra turistlər Azərbaycanın cəlbedici ölkə olduğunu anladılar. Həmin brend hotellər 2000-ci illərdən sonra fəaliyyətə başladılar”.

O qeyd edib ki, Azərbaycan Qoşulmama hərəkatının üzvüdür və bu, vacib məqamdır. Azərbaycanda turizm sahəsi möhkəm idi. Koronavirus pandemiyası ona ziyan vursa da, yıxa bilmədi. Hesab edirəm ki, Azərbaycan yaxın gələcəkdə turizm sahəsi üzrə Qafqazda birinci olacaq”.

İlhamə Əbülfət

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir