Ana Səhfə

Azərbaycan xalqı yumruq kimi birləşərək tarixi missiyasını yerinə yetirdi

Sharing is caring!

 Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev noyabrın 8-də Şuşa şəhərində etdiyi çıxışında çox mühüm məsələlər haqqında danışıb Prezident vurğulayıb ki, Müharibənin son məqsədi Şuşanı işğaldan azad etmək idi. Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir.

Müharibəyə gedən yol bir çox istiqamətlərdən keçmişdir. İlk növbədə, biz özümüz ordumuzu lazımi silahlar və texnika ilə təchiz etməli idik. Bunun üçün də güclü iqtisadiyyat olmalı idi. Azərbaycan müstəqilliyi əldə edəndə bizim maliyyə, iqtisadi vəziyyətimiz çox ağır idi. Ona görə güclü iqtisadiyyatın yaradılması müharibədə qələbənin qazanılması işində önəmli amil kimi nəzərə alınırdı və biz bunu etdik. Bizim iqtisadiyyatımız gücləndi, biz öz hesabımıza yaşayırıq, heç kimin yardımına ehtiyacımız yoxdur, heç kimdən asılı deyilik, özümüz imkan daxilində öz həyatımızı qururuq və yaxşı da qururuq.

         Artıq Vətən müharibəsindən iki il ötür. Bu müddətdə ölkəmiz siyasi şərtləri diktə edir, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan birgə bəyanata əsaslanaraq, bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatı yaradır. Respublikamız Qarabağ və Şərqi Zəngəzurda erməni faşizminin xaraba qoyduğu yaşayış sahələrinə yeni həyat gətirir, məcburi köçkünlərin öz evlərinə təhlükəsiz və ləyaqətli dönüşünü, bu torpaqların reinteqrasiyasını təmin etmək üçün genişmiqyaslı layihələr reallaşdırır. Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb.

       Təəssüf ki, Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Ona görə biz hər zaman hazır olmalıyıq. Aydın görürük ki, Ermənistanda revanşist qüvvələr, müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır. Təbii ki, bizə qarşı növbəti hərbi təxribat da törədilmişdir. Amma cavabımız da çox təsirli oldu. 13-14 sentyabr əməliyyatından sonra Azərbaycan-Ermənistan sərhədi istiqamətində əsas strateji yüksəkliklərdə Azərbaycan Silahlı Qüvvələri yerləşib.

       Bir daha vurğulamaq istəyirəm ki, bu gün qeyrətli, dəyanətli və cəsur oğulların  rəşadətli yürüşünə yüksək səviyyədə rəhbərlik edən Prezidentimizin sayənizdə xalqımız bundan sonra da qələbələrə doğru iri addımlar atacaq, şöhrətlənəcək, varlanacaq, yaşayacaqdır. Ali Baş Komandanımıza, xalqımıza bu yolda uğurlar diləyirik!

Vüqar Cavadov,

Cəlilabad Rayon Gənclər və İdman İdarəsinin rəis müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir