Ana Səhfə

Xanım prezident Lukaşenkonu rədd etdi

Slovakiya Prezidenti xanım Zuzana Çaputova Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəsinə dəvət olunmadığını deyib.

Teleqraf.com xəbər verir ki, Belarus liderini bu ilin avqustunda Slovakiyanın milli müstəqilliyinin bərpasının 75 illiyi ilə bağlı təntənəli mərasimə ölkə parlamentinin spikeri Andrey Danko dəvət edib.

Zuzana Çaputova isə bildirib ki, xarici ölkə prezidentini Slovakiyaya yalnız prezident özü dəvət edə bilər. Onun sözlərinə görə, hələlik təntənəli mərasimə həmkarlarından heç kimi çağırmayıb.

Məsələyə aydınlıq gətirən Slovakiya Xarici İşlər naziri Miroslav Layçak bəyan edib ki, spiker bu addımı prezidentlə razılaşmadan və onun icazəsi olmadan atıb.