Sumqayıtda yaşayış binasında yanğın qeydə alınıb.
XəbərAl.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının zirzəmisində 20 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı 5 nəfər (o cümlədən 2 nəfər azyaşlı) bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub.