Ana Səhfə

YAP-ın rayon təşkilat sədrinin oğlu narkotiklə tutuldu

Sabirabad rayon sakininin üzərində narkotik maddə aşkarlanıb.

“XeberAl.az” “Report”a istinadən xəbər verir ki, rayon sakini Fariz İxtiyar oğlu Ağayev polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri zamanı saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, saxlanılan şəxs Yeni Azərbaycan Partiyasının (YAP) Sabirabad rayon təşkilatının sədri Məleykə Ağayevanın oğludur.

dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində Sabirabad rayonun Qaratəpə kəndi üzrə bələdiyyə sədrliyinə namizəddir.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1990-cı il təvəllüdlü F. Ağayev fərdi təsərrüfatla məşğuldur. Bələdiyyə sədrliyinə namizəd olan F. Ağayevin namizədliyi də elə partiya tərəfindən irəli sürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir