XəbərAl.az xəbər verir ki, 17.01.2021-ci il tarixdə ATİA.AZ-ın redaksiyasına Kəlbəcər 2 saylı məktəbin müəlliməsi Şəhla xanım zəng edərək bu açıqlamaya öz iradını bildirdi. Belə ki, Şəhla müəllimənin dediyinə görə açıqlamada bildirilən məlumatlar həqiqəti əks etdirmir. Birincisi həmin video 2018-ci ildə yox, 2019-cu ildə çəkilib, ikincisi Şəhla müəllimə həmin videonu özü çəkdiyini iddia edir və bildirir ki, o videoda olanlar hamısı düzdür, həqiqətən pul yığılma faktları olub, heç bir işçi haqqında da cəza tədbiri görülməyib. Telefon danışığında məktəbin digər müəllimi Məmmədova Südabə də fikir bildirərək videoda olanların həqiqət olduğunu bildirmişdi. Həmin adıgedən səsyazısı da tərəfimizdən təqdim olunmuşdu.
Videonu çəkən müəllimələrdən redaksiyamıza yeni faktlar daxil olub. Mənbənin verdiyi məlumata görə, Kəlbəcər Təhsil Şöbəsinin müdiri Fazil Zeynalov həmin müəllimələri qəbul edərkən videonun məhz onun işlədiyi dövrdə çəkildiyini etiraf edib və deyib: “Mən o təkzibi özümü təmizə çıxarmaq üçün vermişdim. Məni məktəbin direktoru maraqlandırmır, mənə ancaq özümün bu qalmaqallı zibildən qurtarmağım lazımdır”.
Mənbənin məlumatına görə videoda olanlar həqiqətdir və yığılan pullardan Təhsil Şöbəsinin müdiri Fazil Zeynalovun da payı var.