AKTUAL

Elçin Ağamalı: Şuşa şəhərində özünü aparmaq kodeksi hazırlanmalıdır.

Sharing is caring!

Cəmiyyətimizi bir neçə gündür narahat və məşğul edən jurnalistlərin Şuşa səfəri ilə bağlı bir fərd olaraq mən də fikir bildirmək istədim.
Belə ki, bir neçə jurnalistin Şuşa şəhərində içki içərək, nalayiq sözlərlə müşayət olunan insidentini şiddətlə qınayaraq, gələcəkdə belə bir halların yenidən təkrarlanması üçün aşağıdakıları təklif edirəm:
1. Şuşa şəhərində spirtli içkilərin satışı qadağan olunsun;
2. Gələcəkdə Şuşada yaşayan əhalinin toy etdiyi zaman spirtli içkinin verilməsi qadağan edilsin. Spirtli içkilərin verilməsi şərti ilə toy etmək istəyənlərə işğaldan azad edilmiş ərazilərdən kənar rayonlarda toy mərasimlərinin keçirilməsinə icazə verilsin. Bu zaman Şuşaya giriş zamanı ciddi nəzarət postlarının qurulması təmin edilməlidir ki, spirtli içki qəbul edənlər şəhərə buraxılmasın.
3. Yaşayış evlərində dinləmə cihazları qurulmalıdır. Bu halda yeməyi duzsuz bişirdiyinə görə arvadına hirslənən kişi özünü yığışdırmaq məcburiyyətində qalsın və nalayiq sözlərdən istifadə etməsin. Əgər belə hallar olarsa həmin şəxslər mütləq ictimaiyyətə təqdim olunmalıdırlar ki onalr ictimai qınağa məruz qalsınlar.
4. Rayon Polis Şöbəsi mütamadi olaraq doğum günləri, əsgər getdi, əsgər gəldi, uşaq oldu, Universitetə qəbul oldu və s. kimi şadyanalıq tədbirlərinin keçirildiyi evlərdə reydlər keçirməli, spirtli içkilərin qəbulu ilə bağlı faktları xalqa çatdırmalıdırlar ki, xalq da öz növbəsində onları qınqaq obyektinə çevirsinlər.
5.Hesab edirəm ki mütləq və mütləq Şuşa şəhərində özünü aparmaq kodeksi hazırlanmalı və Milli Məclisdə qəbul olunmalıdır. Bu Kodeksin qəbulu ayağa qaloş geyinmə, çətirdən istifadə, spirtli içki içmə, dalaşma və s. kimi neqativ halların ortya çıxmasına və cəmiyyətdə narazılıq yaratma hallarının qarşısının alınmasına səbəb olar. Bu kodeks geyim, ədəb və s. kimi məsələləri tənzimləməlidir. 5-10 ildən sonra turistlər Şuşaya gedərkən bilməlidirlər ki, şortik və şəp şəpi geyinmək olmaz. Oturarkən ayağı ayağın üstünə aşırmaq olmaz və s. Bu kodeksin hazırlanması zamanı xarici ekspertlərin, xüsusilə mühafizəkar yapon ekspertlərinin, sosial şəbəkələrdə milli dəyərlərin qorunması sahəsində fədəkar əmək sərf edən ekspertlərin xidmətindən istifadə olunmalıdır.


Ümidvaram ki, təkliflərim aidiyyatı qurumlar tərəfindən diqqtə layiq görüləcəkdir.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.