Dünya

ABŞ senatorları Çinin Rusiyadan neft almasına qarşı sanksiyalara çağırıb

Sharing is caring!

Senatorlar ABŞ hökumətini Rusiyadan Çinə neft və ya mayeləşdirilmiş təbii qaz tədarükü üçün tankerləri sığortalayan, yaxud qeydiyyatdan keçirən təşkilatlara qarşı cərimələrin tətbiqinə çağırıblar. 

Məlumata görə, Rusiya neftinin və digər enerji məhsullarının Çinə satışına qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsinin müəllifləri respublikaçı senatorlar Marko Rubio, Rik Skott və Kevin Kramerdir.

O da vurğulanır ki, Rusiya neftinin Çinə tədarükünün dayandırılması Pekinin Yaxın Şərq və Afrikadan neftə görə daha sərt rəqabətinə və xammal qiymətlərinin artmasına səbəb ola bilər.

Mənbə: Bloomberg

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir