AKTUAL manset

Mirismayıl Xələfli Kamil Musavidən yazdı:Kamil sənə Millət Vəkilliyi lazım deyil!

 

Neçə gündür Kamil Musavinin deputatlığa namizədliyi ilə bağlı qalmaqallı yazılar sosial şəbəkənin və xəbər saytlarının bəzilərinin manşetidir.Nə qədər istədim bu mövzudan uzaq durum amma dayana bilmədim, ona görə ki, sosial şəbəkə də olanlar iki hissəyə bölünür.Savadlı kütlə, savadsız kütlə.
Savadlı kütlə nə dediyimi gözəl anlayır normal qarşılayır, amma cahil kütlə isə düz mövqeyli yazımıza söyüşlə qarğışla rəy bildirir.
Nə deyim?
Azərbaycanın yaxşısı da pisi də bizimdir!
Qayıdım Kamil Musəvinin deputatlıq məsələsinə:
Qardaşım Kamil qurban olum, sənə Millət Vəkilliyi lazım deyil.Ona görə ki, sən millətini Qarabağ döyüşlərində (pisdən yaxşıdan) bacardığın qədər təmsil etmisən.Dövlət, hakimiyyət sənə lazımı qiymətin verib.Hətta Azərbaycan xalqı bütün dəvət olunduğun məcilislər də səni başda əyləşdirir.Bu o demək deyil ki,evi sən alasan,(2-3 yerdən)icra başçısı sən olasan,deputat sən olasan☺️
Bizim Qarabağ Qazilərimiz çoxdu tək sən deyilsən axı?! Elə oğullarımız var ki, vətən yolunda, xalq yolunda canın qanın verib şəhid olub adına heç bir yer yoxdur.Qardaş özünü hörmətddən salma,özünü ağır apar axı sən şou adamı deyilsəne Qarabağ Qazisisən, bizim canlı şəhidimizssən.Vallah sənə canımız qurban nə vaxtsa muharibə olarsa bəlkə biz gedib şəhid olacağıq?!
Biz buna hazırıq.
Amma sən öz yerində dayan,dur xalq səni özün kimi qəbul edib sevir,sevəcək də.
Sən siyasətçi deyilsən!
Yazımı diqqətlə oxumayıb söyüş atəşinə tutanlar söyüş sizin alnınıza yazılıb.
Xahiş edirəm yazımı diqqətlə oxuyun.
Qarabağ da şəhid olanlar,Qarabağ Qazilərimiz,hətta güllə yarası alıb qrup şikəstlik ala bilməyənlər siz mənim başımın tacısınız.

Görüntünün olası içeriği: 1 kişi, gülümsüyor