MARAQLI

NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu – FOTO

Sharing is caring!




NATO baş katibi Yens Stoltenberq “Eurofighter” qırıcı təyyarəsində uçuş həyata keçirib.

Almaniyanın şimalında baş tutan uçuş zamanı Stoltenberq ikinci pilot olub.  

Uçuşdan sonra jurnalistlərə açıqlama verən baş katib Almaniya Hərbi Hava Qüvvələrinin və Almaniyanın şimalında, Rostok şəhərində yerləşən Laaqe aviabazasının imkanlarından heyran qaldığını bildirib.

Stoltenberq qeyd edib ki, uçuş zamanı o, havada yanacaqdoldurma təlimlərini və NATO-nun hava patrul xidməti fəaliyyətlərində müttəfiqlərinin təyyarə və qırıcılarla dəstəyini müşahidə edib.

Mənbə: “A News”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir