AKTUAL manset

Daha bir SENSASİON İSTEFA: yüksək vəzifəli o MƏMUR DA GEDİR

Sharing is caring!

Elman Rüstəmov Mərkəzi Bankın sədri vəzifəsindən istefa verib.

XəbərAl.az xəbər verir ki, Elman Rüstəmovun artıq kollektivlə vidalaşıb. Yaxın günlərdə Elman Rüstəmovun vəzifədən azad edilməsi və onun yerinə təyinat edilməsi ilə bağlı Milli Məcilisin toplanacağı gözlənilir.

Azərbaycan Respublikasının Konsitutsiyasının 109-cu maddəsinin 10-cu bəndinə əsasən, Azərbaycan Respublikasının Prezidenti Mərkəzi Bankının İdarə Heyətinin üzvlərini vəzifəyə təyin edilmə və vəzifədən azad edilməsi barədə Milli Məcilisin səlahiyyətindədir.

Qeyd edək ki, Elman Rüstəmovun Baş Nazirin müavini vəzifəsinə təyin olunması ehtimal edilir.

Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev Axar.az-a açıqlamasında məlumatı təkzib etməyib:

“Bizdə Elman Rüstəmovun istefa verməsi ilə bağlı hər hansı məlumat yoxdur”.

Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu da bildirib ki, Məclisin növbəti iclasının tarixi hələlik təyin edilməyib:

“Milli Məclisin növbəti iclasına Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun istefası məsələsinin salınıb-salınmadığı haqda bizdə məlumat yoxdur”.

Qeyd edək ki, yayılan məlumatda E.Rüstəmovun başqa vəzifəyə təyin ediləcəyinin ehtimal olunduğu da bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir