Bir neçə gün əvvəl Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində batan 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun meyiti tapılıb.
Oxu.Az-ın məlumatına görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu onun meyiti taparaq, aidiyyəti üzrə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət
Xeberal.az