Siyasət

Bu gün Zəngilan Şəhəri Günüdür

Sharing is caring!


Bu gün Zəngilan Şəhəri Günüdür.

Oxu.Az-ın xəbərinə görə, ilk dəfədir ki, Zəngilan Şəhəri Günü qeyd olunur.

Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 20-si Zəngilan Şəhəri Günü olacaq.

Bu əlamətdar günün təsis olunması Zəngilan şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün – oktyabrın 20-si şəhərin erməni işğalçılarından təmizlənməsindən üç il ötür.

2020-ci ilin oktyabrın 20-də Zəngilan şəhəri ilə yanaşı, Zəngilan rayonunun Havalı, Məmmədbəyli, Şərifan, Muğanlı kəndləri və Həkəri qəsəbəsi işğaldan azad edilib.

Azad olunan ərazilərə şanlı Azərbaycan Bayrağı sancılıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir