Rusiyanın İrkutsk şəhəri yaxınlığında güclü zəlzələ baş verib. RBK-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayətindəki mətbuat xidməti xəbər yayıb. Yeraltı təkanlar yerli vaxtla 5:44-də başlayıb və 5-6 bal gücündə hiss olunub. Məlumata görə, episentri qonşu Buryatiya Respublikasının Kabanski rayonu olan zəlzələnin mərkəzində intensivlik 7,6 bal gücündə hesablanıb.
ATV-nin efir proqramına daha bir yeni bir layihə daxil olub. Oxu.Az xəbər verir ki, yeni layihə “El Canlı” adlanır. Məşhur aktyor Elcan Rəsulovun aparıcılığı ilə baş tutacaq bu layihə əyləncəli, bir-birindən maraqlı oyunlar, məşhur qonaqlarla zarafatlar və sürpriz dolu rubrikaları ilə tamaşaçıların görüşünə gələcək. Qeyd edək ki, “El Canlı” layihəsi həftəiçi 5 gün saat 22:30-da yayımlanacaq. […]
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Əminə Ağazadə Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışının fəaliyyət proqramı kimi qəbul edilməli olduğunu bildirib. Deputat “Report”a açıqlamasında qeyd edib ki, dövlət başçısının söylədiyi fikirlər Azərbaycan xalqının və dövlətinin keçmişini, gələcəyini özündə əks etdirən, qarşıdakı onilliklər üçün nəzərdə tutulan sosial-iqtisadi, daxili və xarici […]