Siyasət

Prezidentin andiçmədəki çıxışı fəaliyyət proqramı kimi qəbul edilməlidir – RƏY + FOTO

Sharing is caring!


Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Əminə Ağazadə Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimində çıxışının fəaliyyət proqramı kimi qəbul edilməli olduğunu bildirib.

Deputat “Report”a açıqlamasında qeyd edib ki, dövlət başçısının söylədiyi fikirlər Azərbaycan xalqının və dövlətinin keçmişini, gələcəyini özündə əks etdirən, qarşıdakı onilliklər üçün nəzərdə tutulan sosial-iqtisadi, daxili və xarici siyasət istiqamətlərini müəyyən edən fəaliyyət proqramı kimi qəbul edilməlidir.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çıxışı zamanı bir çox vacib məsələlərə toxunub:

“İlk növbədə qeyd edək ki, bizi birləşdirən ümummilli məsələ Qarabağın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi idi. Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə bu vəzifənin öhdəsindən uğurla gəldi. Azərbaycan xalqı bir yumruq kimi birləşdi və cəmi 44 gün ərzində bütün tarixi və strateji vəzifələr təmin edildi. Biz bütün dünyada Ermənistanın uzun illər ərzində yaratmağa çalışdığı mifləri darmadağın etdik, erməni ordusunu qorxaq və təslimçi ordu kimi təqdim etdik”.

Ə.Ağazadə fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisinin müstəqillik dövründə ilk dəfə olaraq Azərbaycanın bütün ərazisində keçirildiyini söyləyib:

“Seçkidə göstərilən həmrəylik cəmiyyətimizin möhkəmliyini təcəssüm etdirdi və biz bir daha əmin olduq ki, öz lideri ətrafında birləşən xalqımızın iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz”.

Növbəti illərdə qarşımızda duran əsas vəzifələrə toxunan Ə.Ağazadənin fikrincə, əsas məsələlərdən biri Silahlı Qüvvələrimizin daha da gücləndirilməsidir:

“Silahlı Qüvvələrimizin gələcək inkişafı ilə bağlı lazımi addımlar atılır, silah-sursat, texnika alınır, yeni silahlı birləşmələr yaradılır. İkinci Qarabağ müharibəsindən sonra bu istiqamətdə çox böyük addımlar atılıb. Bu gün Azərbaycan Ordusu 2020-ci ildəkindən daha güclüdür və cəmi bir neçə saat davam edən antiterror əməliyyatı bunun bariz nümunəsidir”.

Deputat vurğulayıb ki, bundan sonra Azərbaycana qarşı ideoloji təxribatlar nəinki istisna deyil, hətta qaçılmazdır və getdikcə artan xətlə davam edəcək:

“Bizim işimizə kölgə salmaq, diskriminasiyaya uğratmaq, Azərbaycan haqqında əsassız və yalançı, mənfi imic yaratmaq istəyənlər olacaq. Bu səbəbdən də belə məsələlərin qarşısını vaxtında almaq üçün elə bir gənc nəsil yetişdirməliyik ki, onlar daim milli ənənələrə, milli-mənəvi dəyərlərə sadiq olsunlar. Burada əsas vəzifə gənc nəslin vətənpərvərlik, milli ənənələr ruhunda tərbiyə olunmasıdır. Bu məsələyə çox ciddi yanaşmalıyıq. Gənc nəslin tərbiyə edilməsi bizim gələcəyimizin təmin edilməsi deməkdir. Milli-mənəvi dəyərlər bizim cəmiyyətimizin əsasıdır və bu, sarsılmaz varlıq, dəyərdir. Ona görə gənclərimizin milli ruhda, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi xalqımız və dövlətimiz qarşısında duran ən vacib məsələlərdən biridir”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir