İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbir nəticəsində Xanagah kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.
Bildirilib ki, ümumi çəkisi 1 ton 295 kiloqram olan 1850 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Xeberal.az