Dünya

Zaxarova: “Rusiyanın iştirakı olmadan “Taxıl Sazişi” istiqamətində fəaliyyətdən söhbət gedə bilməz” – VİDEO

Sharing is caring!


“Rusiyanın iştirakı olmadan “Taxıl Sazişi” istiqamətində aparılan hər hansı fəaliyyətdən söhbət gedə bilməz”.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə News.ru jurnalistinin sualını cavablandırarkən deyib.

O vurğulayıb ki, taxıl sazişi məsələsi Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Türkiyənin XİN başçısı Hakan Fidanın avqustun 31-nə keçirilməsi gözlənilən danışıqlarda müzakirə mövzularından biri olacaq.

Rusiyalı diplomat qeyd edib ki, Qara dəniz təşəbbüsünü bərpa etmək üçün bütün tərəflər Moskvanın maraqlarını tam şəkildə nəzərə almalıdırlar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir