Kriminal

Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb – VİDEO

Sharing is caring!




İdman zalının kassasını talayaraq 12 min manat ələ keçirən mühafizəçi saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildirilib.

Qeyd olunub ki, paytaxtın Yasamal rayonunda yerləşən idman zallarından birindən oğurluq edilib. Obyektin sahibi Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinə müraciət edərək kassa aparatının sındırılaraq oradan 12 min manata yaxın vəsaitin oğurlandığını bildirib.

Araşdırmalarla pulun idman zalının mühafizəçisi 1992-ci il təvəllüdlü Ehtibar Adilov tərəfindən oğurlandığı müəyyən olunub. Həmin şəxs keçirilən tədbirlərlə saxlanılaraq 26-cı Polis Bölməsinə gətirilib.

Barəsində toplanan material araşdırmaların davamı üçün istintaqa göndərilib. E.Adilovun əməllərindən zərərçəkən başqa şəxslər varsa polisə müraciət edə bilərlər.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir