Cəmiyyət

Vüsal Hüseynov müharibə başlayandan Ukraynadan Azərbaycana gələn şəxslərin sayını AÇIQLADI

Sharing is caring!

“Fevralın 24-də Rusiya-Ukrayna müharibəsi başlayandan bu günə qədər həm Ukrayna vətəndaşlarının, həm soydaşlarımızın Azərbaycana təxliyəsi həyata keçirilib. Təxliyə çərçivəsində 4200-dən artıq Ukrayna vətəndaşı Azərbaycana gəlib və hazırda buradadır”.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda Azərbaycanda olan Ukrayna vətəndaşlarının ümumi sayı 8 300 nəfərə yaxındır:

“Bu şəxslər hazırda ölkəmizdə yaşayırlar. Ümumi olaraq Azərbaycanda 142 min əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs yaşayır”.

Aqşin Kərimov 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir