Dünya

Türkiyədə təcili yardım maşını aşdı: Beş nəfər yaralandı

Sharing is caring!

Vanın Başqala rayonunda xəstələri daşıyan təcili yardım maşını idarəetmədən çıxaraq aşıb.

Qəza Van – Hakkari avtomobil yolunun Gözəldərə aşırımında baş verib.

Hadisəyə yolun sürüşkən olması səbəb olub.

Qəzada xəstə, xəstənin həyat yoldaşı və üç tibb işçisi olmaqla beş nəfər yüngül xəsarət alıb.

Yaralılar əraziyə gələn digər təcili yardım maşınları ilə xəstəxanalara aparılıb.

Mənbə: ensonhaber.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir