Dünya

Hindistanda 25 nəfər istidən öldü

Sharing is caring!

Hindistanın Maharaştra əyalətində havanın temperaturu son altı ilin ən yüksək səviyyəsinə çatıb.

Məlumata görə, həddindən artıq istilər nəticəsində son həftədə 25 nəfər ölüb.

Səhiyyə Nazirliyi bildirib ki, 2022-ci ildə may ayının əvvəlinə kimi 381 günvurma halı qeydə alınıb.

Qeyd edək ki, aprelin 28-də Hindistanın paytaxtı Dehlidə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb. Ölkənin şərqindəki Odişa əyalətində məktəblər bir həftə bağlanıb. Bəzi bölgələrdə havanın temperaturu 45 dərəcəni ötüb.

Mənbə: “Haber Global”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir