Dünya

Rusiya Qara dənizdəki hərbi dəniz bazasını qorumaq üçün delfinlərdən istifadə edir

Sharing is caring!

Rusiyanın Qara dənizdəki əsas limanlarından birinin girişində xüsusi təlim keçmiş delfinlər görünüb.

İddiaya görə, bu heyvanlardan Rusiyanın böyük hərbi dəniz bazasını qorumaq üçün istifadə olunur.

Dəniz canlıları Rusiya donanmasını sualtı hücumlardan mühafizə edir.

ABŞ Hərbi Dəniz İnstitutu Sevastopol limanı yaxınlığında bu dəniz heyvanlarını saxlamaq üçün nəzərdə tutulan iki hovuzu göstərən peyk görüntülərini araşdırdıqdan sonra bu qənaətə gəlib.

Bildirilir ki, obyektlər fevral ayından oradadır və bu, Rusiyanın Ukraynada hərbi əməliyyatların başladığı vaxta təsadüf edir.

Sevastopol hərbi dəniz bazası Krımın cənubunda yerləşdiyinə görə Rusiya ordusu üçün mühüm rol oynayır. Orada dayanmış bir çox Rusiya gəmisi Ukrayna raketləri üçün əlçatmaz olsa da, sualtı hücumlar üçün potensial hədəfə çevrilə bilər.

Ekspertlərin fikrincə, delfinlər həm də Ukrayna xüsusi təyinatlılarının limana daxil olmasının və döyüş gəmilərinə qarşı təxribat törətməsinin qarşısını alır.

Mənbə: “La Vanguardia”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir