Dünya

UNESCO-nun media azadlığı konfransında Rusiyanın iştirakına icazə verilməyib

Sharing is caring!

UNESCO Katibliyi Rusiyanın mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə media azadlığına dair konfransda iştirakına icazə verməyib.

Bu barədə Ruiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Təəssüf ki, Rusiyanın builki tədbirdə iştirakına icazə verilmədi. UNESCO Katibliyi forumun təşkilatçıları adından, böyük İT şirkətlərinin medianın işinə təsiri ilə bağlı xüsusi sessiyanın keçirilməsi, eləcə də panel diskussiyaları çərçivəsində ekspert çıxışlarına dair Rusiyanın müraciətlərini uydurma bəhanə ilə rədd edib”, – deyə agentliyin açıqlamasında bildirilir.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, təşkilatlar bu imtinanı tədbirin tələblərinə əməl edilməməsi ilə əsaslandırıb, lakin Rusiya tərəfinin təklifləri vaxtında göndərilib və tədbirin əsas mövzusuna uyğun olub.

“Aydındır ki, UNESCO Katibliyinin bu qərarı Rusiyanı beynəlxalq arenada “ləğv etmək” siyasətini təbliğ edən bir qrup tanınmış, çox qərəzli ölkələrin rəhbərliklərinin göstərişləri fonunda atılmış addımdır”, – deyə agentlik əlavə edib.

Mənbə: Rambler.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir