Dünya

Almaniyanın ən böyük hava limanlarından birində uçuş-enmə zolağı su altında qaldı – VİDEO

Sharing is caring!


Almaniyanın Frankfurt-Mayn şəhəri güclü yağışlardan sonra gölə çevrilib və hər yerdə daşqınlar müşahidə olunur.

Kəskin yağışlardan sonra Almaniyanın beynəlxalq qovşağı və ən böyük hava limanı iflic olub. Uçuş-enmə zolağı su altında qalıb. Laynerlər nəinki eniş edə bilməyib, hətta sərnişinlərin göyərtədən çıxmaq imkanı belə olmayıb.

Yeraltı keçidlər və dayanacaqlar, ticarət mərkəzləri, metro stansiyaları su altında qalıb. Nə hasarlar, nə də qapılar su axınının qarşısını ala bilməyib. Eskalatorlardan – “şəlalələr” və “gur çaylar” axmağa başlayıb. Küçələr fəvvarələrə çevrilib. Su avtomobillərin az qala pəncərələrinə qədər yüksəlib, həmçinin piyadalar üçün də çətinliklər yaranıb.

Mənbə: 1tv.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir