Şirvan şəhərində yataqxanada yanğın olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) xəbər yayıb.
Bildirilib ki, beşmərtəbəli yataqxana binasının 4-cü mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzilin yanar konstruksiyaları yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən beş nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Qonşu mənzillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xeberal.az