AFFA-nın maliyyə dəstəyi, “Sirius” Futbol Akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin ev sahibliyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinə yekun vurulub.3-cü yer uğrunda keçirilən görüşdə “Yasamal” və “Binəqədi” komandaları qarşılaşıb. “Yasamal” komandası rəqibinə 8:2 hesabı ilə qalib gələrək 3-cü yerə layiq görülüb. Final görüşündə isə “Azadlıq və “Gənclik” komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 7:7 hesabı ilə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən “Gənclik” komandası yekunda 6:5 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub. Mükafatlandırma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, “Sirius” FK-nın rəhbəri Bilal Abbaszadə və digər qonaqlar iştirak edib.Qeyd edək ki, turnirdə 8 komanda iştirak edib. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan autizmli və daun sindromlu uşaqların asudə vaxlarının səmərəli təşkili, onların futbola təşviqi, sosial həyatlarında üzləşdiyi çətinliklərin qaldırılmasına yardımçı olmaq, cəmiyyətə inteqrasiyaların sürətləndirilməsinə nail olmaqdır.
Oxşar Xəbərlər
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Fevralın 7-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə AZƏRTAC xəbər verir. Türkiyə Prezidenti İlham Əliyevi prezident seçkisində inamlı qələbə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edib, ölkəmizin daha da inkişaf etdirilməsi və xalqımızın rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb. Rəcəb Tayyib Ərdoğan dövlətimizin başçısının rəhbərliyi ilə Vətən müharibəsində […]
Hitlerin saatı hərracda 1,1 milyon dollara satıldı
“Alexander Historic Auctions” hərrac evi nasist Almaniyasının lideri Adolf Hitlerə məxsus qol saatını 1,1 milyon dollardan baha qiymətə satıb. Lakin bununla yəhudi təşkilatlarının tənqidinə tuş gəlib. Qızıl saatın korpusunda qartal, svastika və alman nasist liderinin inisialları var. Lotun satıldığı məbləğ başlanğıc qiymətdən xeyli aşağı olub. Belə ki, aksesuardan iki milyondan dörd milyon dollara qədər qazanc […]
Ən baxımlı idman yarışlarını “Setanta Sports”la Ailə TV-də izlə
İngiltərə Premyer Liqası, İspaniya La Liqası, Almaniya Bundesliqası, Fransa futbol liqası, “Formula-1” üzrə dünya Qran-priləri, NBA basketbol liqası və digər məşhur idman yarışlarını indi Ailə TV şəbəkəsində izləmək olar. Bu barədə “Caspian Telecom”un mətbuat xidməti məlumat yayıb. Belə ki, Ailə TV rəqəmsal yayım və İPTV yayım növündə yeni “Setanta Sports 1” və “Setanta Sports 2” […]