AFFA-nın maliyyə dəstəyi, “Sirius” Futbol Akademiyasının təşkilatçılığı, Sosial Xidmətlər Agentliyi, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin ev sahibliyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” layihəsinə yekun vurulub.3-cü yer uğrunda keçirilən görüşdə “Yasamal” və “Binəqədi” komandaları qarşılaşıb. “Yasamal” komandası rəqibinə 8:2 hesabı ilə qalib gələrək 3-cü yerə layiq görülüb. Final görüşündə isə “Azadlıq və “Gənclik” komandaları üz-üzə gəlib. Oyunun əsas vaxtı 7:7 hesabı ilə başa çatıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən “Gənclik” komandası yekunda 6:5 hesabı ilə qələbə qazanaraq turnirin qalibi olub. Mükafatlandırma mərasimində AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə, “Sirius” FK-nın rəhbəri Bilal Abbaszadə və digər qonaqlar iştirak edib.Qeyd edək ki, turnirdə 8 komanda iştirak edib. Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan autizmli və daun sindromlu uşaqların asudə vaxlarının səmərəli təşkili, onların futbola təşviqi, sosial həyatlarında üzləşdiyi çətinliklərin qaldırılmasına yardımçı olmaq, cəmiyyətə inteqrasiyaların sürətləndirilməsinə nail olmaqdır.
Oxşar Xəbərlər
Repressiya qurbanının nəticələrinin narahatlığı: Tarixi evin son halı – VİDEO
Bərdə rayonunda yerləşən “Lənbəran bəy evi” məhv olmaq təhlükəsi ilə üz-üzədir. İki əsrə yaxın yaşı olan tarixi tikili sovet dövründə bir müddət xəstəxana, daha sonra isə uşaq bağçası kimi istifadə olunub. 40 ildən çoxdur istifadəsiz qalan tarixi abidə hazırda baxımsız vəziyyətdədir. “Bu bizim babamızın atasının evidir. O, repressiya qurbanı olub. Var-dövlətini yığıb aparıblar, özünü də 21 […]
Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirir
Kanada hakimiyyəti Rusiyaya qarşı sanksiyaları genişləndirib. Bu barədə ölkə hökuməti məlumat yayıb. Kanada Nazirlər Kabinetinin məlumatına görə, Rusiyadan 40-dan çox fiziki şəxs və 17 şirkət Ottavanın sanksiyalarına məruz qalıb. Səlahiyyətlilərin açıqlamasına görə, məhdudiyyətlər Ukrayna Müdafiə Nazirliyinin əvvəllər Buçadakı hadisələrdə iştirakda ittiham etdiyi Rusiya hərbçilərinə şamil edilib. Mənbə: lenta.ru Xeberal.az
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Milli Məclisin növbəti plenar iclası dekabrın 15-də keçiriləcək. XəbərAl.az xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikasının Şamaxı rayonunun Saqiyan kəndinin Günəşli kəndi adlandırılması haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə. 2. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan […]