Oxşar Xəbərlər
“Sürix”in qapıçısı: “Qarabağ”la oyunda sadə top itkilərinə yol verməməliyik”
“Bu matçda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq”. “Report” “Blick” nəşrinə istinadən xəbər verir ki, bunu “Sürix”in qapıçısı Yanik Brexer İsveçrədə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib. 29 yaşlı qolkiper hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib: “Çempionlar Liqası […]
İşdən çıxarılan 82 nəfər əvvəlki işlərinə bərpa etdirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) 2019-cu ilin 9 ayı ərzində vətəndaş müraciətlərinin araşdırılması zamanı 82 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Nazirlikdən XəbərAl.az-a bildirilib ki, görülən tədbirlər nəticəsində həmin şəxslər əvvəlki işlərinə bərpa ediliblər. Vətəndaş müraciətləri ilə əlaqədar xidmətin yanvar-sentyabr aylarında apardığı araşdırmalar […]
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi xəbər yayıb. Məlumata görə, təbii fəlakətin episentri 272 min insanın yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə olub. Zəlzələnin episentri 10 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Mənbə: TASS Xeberal.az