İdman

“Sürix”in qapıçısı: “Qarabağ”la oyunda sadə top itkilərinə yol verməməliyik”

Sharing is caring!

“Bu matçda sadə top itkilərinə yol verməməli və lazım olan qələbəni qazanmaq üçün qapımızı toxunulmaz saxlamalıyıq”.

“Report” “Blick” nəşrinə istinadən xəbər verir ki, bunu “Sürix”in qapıçısı Yanik Brexer İsveçrədə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

29 yaşlı qolkiper hədəflərinin qrup mərhələsinə vəsiqə qazanmaq olduğunu bildirib:

“Çempionlar Liqası üçün hələ uzun yol var. Amma hamımız o himni eşitmək istəyirik. Bunun üçün bugünkü qarşılaşmaya uğurlu start verməliyik”.

Qeyd edək ki, bu gün “Letsiqrund” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk görüşdə “Qarabağ” qələbə qazanıb – 3:2.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir