Azərbaycanda məşhur saatsaz ölkə başçısına yaxınlığı ilə seçilən Hacı Fətəliyevə qarşı dələduzluq edilib.Azerbaycanrealligi.com-a müraciət edən tanınmış saatsaz bildirir ki, dolları manata çevirmək üçün 15 ildir tanıdığı Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində işləyən əslən Qubadlı rayonundan olan Elxan adlı şəxsə 10 min ABŞ dolları verib. O bildirir: “Çoxdandır tanıdığım üçün bildirdi ki, dolları manata çevirmək üçün indi imkan yoxdur. Bildirdi ki, indi lazım deyilsə, 3-4 günə həll edərəm. Mən də onu xeyli zamandır tanıdığım üçün etiraz etmədim. 3-4 gün keçdi, bir həftə iki həftə oldu, bir ay oldu. Yanına getdim, bildirdi ki, başına iş gəlib, şəriki pulları götürüb harasa qaçıb. Mən pulu verdiyim vaxt, söhbət etdiyim vaxt sübutum olması üçün hər şeyi gizli kameraya çəkmişəm. Həmin sübutlar da məndə var. 2 gündən bir zəng edib deyirdim: “Elxan, pul nə oldu?” Deyirdi: “Narahat olma, verəcəyik”. Onunla olan telefon danışıqlarını da telefonumun yaddaşında saxlamışam. Bir müddət sonra gördüm, Elxan məni get-gələ salır, incidir, pulu vermək istəmir. Sumqayıt şəhər 3-cü polis bölməsinə müraciət etdim. Həmin bölmənin cinayət axtarış üzrə rütbəsi mayor olan Fərid adlı əməkdaşına şikayət etdim. Problemi bildirdim, dedim ki, deyirlər, sən çox adama kömək edirsən, mənim 10 min dollar pulumu aldadıb alıblar, onu geri almaq olarmı? Dedi, narahat olma, mənə bir balaca hörmət edərsən, mən o pulu alıb sənə qaytararam. Soruşdum, nə qədər? Dedi, 500 manat verərsən bu məsələni yoluna qoyaram. Mən də həmin axşam gətirib Fərid adlı polis əməkdaşına 500 manat pul verdim. Dedi, narahat olma, 10 günə yoluna qoyacağıq. Pulu verəndən sonra bu mənə ərizə yazdırdı ki, mən pulu Elxana borc şəklində vermişəm. 20 gün keçdi. Dedim, ay Fərid, pul nə oldu? O, məni apardı Sumqayıtda prokurorluqda Feyzulla adlı bir prokurorun yanına. Feyzulla da mənə dedi ki, ay hacı, narahat olma, pulu alıb verəcəyik. Mən də görürdüm bunlar dövlət məmurlarıdırsa, yalan danışmazlar, onlara inanıb gedirdim. Məni 4-5 ay get-gələ salandan sonra gəldim Sumqayıt şəhər 3-cu bölmənin Fərid adlı əməkdaşının yanına. Dedim, Fərid mənim pulumu qaytar. O verdiyim 500 manatın 300 manatının bir, 200 manatını isə bir taksi şoferinə verib deyib: “Apar pulu tarqovidə ver saatsaz hacıya”. Məndə taksi şoferinin də nömrəsi var. Daha sonra getdim Sumqayıt şəhər prokrorluğuna. Orada dedilər ki, bu iş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə isə Anarın işinə xitam verib. Mən bildirdim ki, pulu Anara yox, Elxana vermişəm, Anar isə Elxanın şərikidir. İş elə aparılıb ki, guya pulu Elxana yox, Anara vermişəm. Elxan mənə demişdi ki, mənim arxamda elə bir qüvvələr dayanıb ki, sən mənə bata bilməzsən. Həmin bu Elxan da Xalq Cəbhəsinə bağlı olan bir adamdır. Facebookda da bütün günü dövlətçiliyimiz əleyhinə olan paylaşımlar edir. Mən dövlətimizi, prezidentimizi, hökuməti, xalqımızı sevən bir insanam. Saatsazlıqla qəpik-qəpik yığdığım pulu bu dələduz Elxan əlimdən alıb, məni pis vəziyyətdə qoyub. Evimi tikməli idim, hal-hazırda, evimin də tikintisi yarımçıq qalıb. Mən bizim hörmətli prezidentimiz cənab İlham Əliyevdən xahiş edirəm, baş prokuror cənab Zakir Qaralovdan xahiş edirəm, mən xahiş edirəm çox hörmətli Daxili İşlər Naziri cənab Ramil Usubovdan bu məsələdə mənə yardımçı olmağa göstəriş versinlər”, – deyə saatsaz hacı sonda qeyd edib.
Oxşar Xəbərlər
Ermənistana gedən silah-sursat karvanları: Tədarükçü kimdir – Moskva, Nyu-Dehli, yoxsa Tehran? – FOTO/VİDEO
İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb. Caliber.Az-ın əldə etdiyi məlumata görə, 17 yanvar 2024-cü il tarixdə saat 17:50 radələrində İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd “HINO” markalı avtomaşının hərəkəti qeydə alınıb. Onların üzərində brezentlə örtülmüş naməlum yüklər olub. Təxminən saat 19:55-20:15 radələrində həmin avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistan Respublikasının Aqarak gömrük-keçid […]
İranda tibb işçisi rejim qüvvələri tərəfindən başından güllələndi – FOTO
İranda tibb işçisi İsmayıl Dehqani repressiv qüvvələr tərəfindən öldürülüb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Şahidlərin sözlərinə görə, Dehqaninin avtomobili rejim qüvvələri tərəfindən saxlanılıb. Onların aralarında münaqişə yaranıb, bundan sonra hüquq-mühafizə orqanının əməkdaşı tibb işçisini başından güllələyib. Məlumatda o da qeyd olunur ki, Kaşandakı Beheşti Xəstəxanasının Təcili Yardım şöbəsində çalışan gənc iki ay öncə […]
Sabirabadda pambıq zavodundakı yanğının əhatə dairəsi genişlənib – YENİLƏNİB
Sabirabadda pambıq zavodunda başlayan yanğının əhatə dairəsi daha da genişlənib. “Report”un məlumatına görə, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq qəbulu və emalı zavodunda yanğın hələ də davam edir. Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib. Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə […]