Azərbaycanda məşhur saatsaz ölkə başçısına yaxınlığı ilə seçilən Hacı Fətəliyevə qarşı dələduzluq edilib.Azerbaycanrealligi.com-a müraciət edən tanınmış saatsaz bildirir ki, dolları manata çevirmək üçün 15 ildir tanıdığı Sumqayıt şəhərində valyutadəyişmə məntəqəsində işləyən əslən Qubadlı rayonundan olan Elxan adlı şəxsə 10 min ABŞ dolları verib. O bildirir: “Çoxdandır tanıdığım üçün bildirdi ki, dolları manata çevirmək üçün indi imkan yoxdur. Bildirdi ki, indi lazım deyilsə, 3-4 günə həll edərəm. Mən də onu xeyli zamandır tanıdığım üçün etiraz etmədim. 3-4 gün keçdi, bir həftə iki həftə oldu, bir ay oldu. Yanına getdim, bildirdi ki, başına iş gəlib, şəriki pulları götürüb harasa qaçıb. Mən pulu verdiyim vaxt, söhbət etdiyim vaxt sübutum olması üçün hər şeyi gizli kameraya çəkmişəm. Həmin sübutlar da məndə var. 2 gündən bir zəng edib deyirdim: “Elxan, pul nə oldu?” Deyirdi: “Narahat olma, verəcəyik”. Onunla olan telefon danışıqlarını da telefonumun yaddaşında saxlamışam. Bir müddət sonra gördüm, Elxan məni get-gələ salır, incidir, pulu vermək istəmir. Sumqayıt şəhər 3-cü polis bölməsinə müraciət etdim. Həmin bölmənin cinayət axtarış üzrə rütbəsi mayor olan Fərid adlı əməkdaşına şikayət etdim. Problemi bildirdim, dedim ki, deyirlər, sən çox adama kömək edirsən, mənim 10 min dollar pulumu aldadıb alıblar, onu geri almaq olarmı? Dedi, narahat olma, mənə bir balaca hörmət edərsən, mən o pulu alıb sənə qaytararam. Soruşdum, nə qədər? Dedi, 500 manat verərsən bu məsələni yoluna qoyaram. Mən də həmin axşam gətirib Fərid adlı polis əməkdaşına 500 manat pul verdim. Dedi, narahat olma, 10 günə yoluna qoyacağıq. Pulu verəndən sonra bu mənə ərizə yazdırdı ki, mən pulu Elxana borc şəklində vermişəm. 20 gün keçdi. Dedim, ay Fərid, pul nə oldu? O, məni apardı Sumqayıtda prokurorluqda Feyzulla adlı bir prokurorun yanına. Feyzulla da mənə dedi ki, ay hacı, narahat olma, pulu alıb verəcəyik. Mən də görürdüm bunlar dövlət məmurlarıdırsa, yalan danışmazlar, onlara inanıb gedirdim. Məni 4-5 ay get-gələ salandan sonra gəldim Sumqayıt şəhər 3-cu bölmənin Fərid adlı əməkdaşının yanına. Dedim, Fərid mənim pulumu qaytar. O verdiyim 500 manatın 300 manatının bir, 200 manatını isə bir taksi şoferinə verib deyib: “Apar pulu tarqovidə ver saatsaz hacıya”. Məndə taksi şoferinin də nömrəsi var. Daha sonra getdim Sumqayıt şəhər prokrorluğuna. Orada dedilər ki, bu iş baxılması üçün məhkəməyə göndərilib. Məhkəmə isə Anarın işinə xitam verib. Mən bildirdim ki, pulu Anara yox, Elxana vermişəm, Anar isə Elxanın şərikidir. İş elə aparılıb ki, guya pulu Elxana yox, Anara vermişəm. Elxan mənə demişdi ki, mənim arxamda elə bir qüvvələr dayanıb ki, sən mənə bata bilməzsən. Həmin bu Elxan da Xalq Cəbhəsinə bağlı olan bir adamdır. Facebookda da bütün günü dövlətçiliyimiz əleyhinə olan paylaşımlar edir. Mən dövlətimizi, prezidentimizi, hökuməti, xalqımızı sevən bir insanam. Saatsazlıqla qəpik-qəpik yığdığım pulu bu dələduz Elxan əlimdən alıb, məni pis vəziyyətdə qoyub. Evimi tikməli idim, hal-hazırda, evimin də tikintisi yarımçıq qalıb. Mən bizim hörmətli prezidentimiz cənab İlham Əliyevdən xahiş edirəm, baş prokuror cənab Zakir Qaralovdan xahiş edirəm, mən xahiş edirəm çox hörmətli Daxili İşlər Naziri cənab Ramil Usubovdan bu məsələdə mənə yardımçı olmağa göstəriş versinlər”, – deyə saatsaz hacı sonda qeyd edib.
Oxşar Xəbərlər
Gündə 6 dənə yemək xərçəngə qarşı qalxan yaradır
Soğan sarımsaq və kəvər bir çox yeməkdə istifadə edilir. Xüsusilə soğanda olan antioksidantlara görə həm sinir sistemini, həm də immunitet sistemini gücləndirirlər. Yüzlərlə ildir ki, soğan və sarımsaq alternativ təbabət üsulu olaraq istifadə edilir. XəbərAl.az bildirir ki, “Healthy Food Style”ın açıqlamasında bildirilir ki, gündə 6 diş közlənmiş və ya qızardılmış sarımsaq yemək 24 saat ərzində bədəndə […]
Ərazilərimizin azad edilməsi Azərbaycan iqtisadiyyatına nə vəd edir? – ŞƏRH
1989-1993-cü illərdə Ermənistan tərəfindən Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan rayonları işğal olunmuş və işğal tarixindən bu günədək talançılıq, qeyri-səmərəli istismar nəticəsində regionun infrastrukturu yox səviyyəsinə gətirilib. Bu səbəbdən, gələcək bərpa işləri ümumi infrastrukturun və ilkin yaşayış şəraitin qurulmasından başlamalı və sonrakı mərhələdə isə iqtisadi inkişaf layihələrinə keçilməlidir. Bu barədə İqtisadi İslahatların Təhlili […]
Həbsdəki şirkət prezidenti olan qadın kassasiya şikayəti verdi
Bakıda dələduzluqda təqsirləndirilən “Run Group” şirkətinin prezidenti İranə Talışxanovanın barəsindəki hökmdən kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası martın 5-nə təyin edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İranə Talışxanova 9 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib. […]