Cəmiyyət

Sabirabadda pambıq zavodundakı yanğının əhatə dairəsi genişlənib – YENİLƏNİB

Sharing is caring!

Sabirabadda pambıq zavodunda başlayan yanğının əhatə dairəsi daha da genişlənib.

“Report”un məlumatına görə, rayonun Axtaçı Muğan kənd ərazisindəki pambıq qəbulu və emalı zavodunda yanğın hələ də davam edir. 

Yanğını söndürmək məqsədilə Sabirabad, Saatlı, Şirvan, Hacıqabul rayonlarından FHN-nə məxsus 15-ə yaxın yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb edilib. 

Buna baxmayaraq, alovun əhatə dairəsi genişlənərək ərazinin 50 faizini əhatə edib.

Hazırda yanğının söndürülməsi istiqamətində mübarizə davam etdirilir.

19:35

Sabirabadda pambıq emalı zavodunda yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Axtaçı Muğan kəndində pambıq emalı zavodunda yanğın olması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam edir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir