Oxşar Xəbərlər
Bakıda avtomobil yolu keçən ahıl kişini vurdu
Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Polad Həşimov küçəsində qeydə alınıb. 83 yaşlı Səlimov Səlim Xosrov oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı aldığı xəsarətlərə görə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. Xeberal.az
Aktyor Kris Evans gizlincə evlənib
Aktyor Kris Evans gizli nikah mərasimi keçirərək sevdiyi aktrisa Alba Baptista ilə evlənib. İnsayderin məlumatına görə, “Qisasçılar” filminin ulduzu Keyp Koddakı mülkdə gizlincə yığıncaq təşkil edib, dostlarını, “Marvel” layihələrindən həmkarlarını dəvət edib. Qonaqlar arasında aktyor kiçik Robert Dauni və həyat yoldaşı, Kris Hemsvort və həyat yoldaşı Elza Pataki, Ceremi Renner, həmçinin Con Krasinski və Emili […]
Azərbaycan ilə Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılıq əldə olunub
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Oxu.Az açıqlamanı təqdim edir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir. Azərbaycan Respublikası […]