Oxşar Xəbərlər
Təbrizdə azərbaycanlı qadın idmançı həbs olundu – FOTO
İranın molla rejimi Təbrizdə azərbaycanlı xanım idmançı Məlihə Bəniəsədi həbs edib. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İdmançı və alpinizm üzrə təlimatçı olan Məlihə Bəniəsəd dekabrın 18-də Təbrizdə öz iş yerində rejimin təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Hələlik azərbaycanlı idmançı qadının həbs səbəbi və harada saxlanıldığı barədə məlumat verilmir. Xeberal.az
Ukrayna prezidenti briqadasının azərbaycanəsilli komandiri: “Ən qaynar nöqtələrdə xidmət edirəm”
Ukrayna prezidenti briqadasında xüsusi təyinatlı artilleriya batareyasının komandiri olan Teymur Emin oğlu Qulamov əslən Azərbaycanın Astara rayonundandır. Kiyevdə doğulan həmyerlimiz Ukraynada Ali Hərbi məktəbini bitirdikdən sonra qısa müddət ərzində xüsusi nizam intizamına və müsbət göstəricilərinə görə prezident briqadasında batareya komandiri vəzifəsinə irəli çəkilib. Onun batareyası hazırda Donetsk vilayətində Baxmut şəhəri istiqamətində ən həlledici tapşırıqları icra edir. Teymur eyni […]
Qanunsuz erməni birləşmələrinin uzunmüddətli fortifikasiya qurğularını quraşdırmaq cəhdinin qarşısı alınıb
Avqustun 20-si saat 15:15 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Laçın rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Xeberal.az