AKTUAL

QARABAĞ AZƏRBAYCANIN AYRILMAZ HİSSƏSİDİR

Sharing is caring!

Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından mühüm önəmə malikdir. Cənab Prezident bu məsələyə toxunaraq demişdir: “Mən bilirəm, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”. Bəli, dövlətimizin başçısı mətbuat konfransında bir çox önəmli mesajlar verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü. Əlbəttə ki, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi. Bütün bunlar beynəlxalq miqyasda Azərbaycana, onun Prezidentinə olan hörməti daha da artırdı.

Bir sözlə, Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir.
Bu gün müharibənin bitməsindən dörd aya yaxın vaxt keçməsinə baxmayaraq, hələ də ağır məğlubiyyətin acısını yaşayan Ermənistanda bəzi siyasətçilər hakimiyyətə gəlmək üçün müəyyən revanşist fikirlər səsləndirir, xaricdəki havadarlarının köməyi ilə hakimiyyəti ələ keçirib, ordunu gücləndirib yenidən müharibəyə başlamaq barədə düşünürlər. Mətbuat konfransında bu məsələyə də toxunan dövlətimizin başçısı bu cür düşünənlərə açıq şəkildə xəbərdarlıq etdi: “Ermənistan siyasi dairələri anlamalıdırlar, hər hansı bir revanş və ya qisas cəhdləri Azərbaycan tərəfindən ciddi şəkildə cəzalandırılacaqdır. Biz hər hansı bir təhlükə görsək, bunu özümüzə ciddi təhlükə hesab etsək, buna dərhal cavab verəcəyik. Ona görə də mən xəbərdarlıq edirəm ki, burada hər hansı bir revanşizm və qisas cəhdləri olmamalıdır”. Azərbaycan ordusu hər bir təxribat hərəkətinə layiqincə cavab verəcək. Əvvəla, bizim müdafiə sənayemiz yetərincə intensive işləyir. Digər tərəfdən aldığımız müasir silahlar, Azərbaycan-Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq, birgə hərbi təlimlərion keçirilməsi hərbi gücümüzün artmasına dəlalət edir. Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə də ətraflı məlumat verib, erməni vandalizminin iç üzünü bir daha dünyaya nümayiş etdirib. O, azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verib. Eyni zamanda, dövlətimizin başçısı Azərbaycanın regionda yaratdığı yeni reallıqdan danışıb və dünya mediasının da əsas diqqətini bu reallığa yönəldib. Artıq dünya ictimaiyyəti şahiddir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoyub, torpaqlarını qaytarıb, öz ərazi bütövlüyünü bərpa edib. Bütün bunlar da Azərbaycana, Prezident İlham Əliyevə olan hörməti daha da artırıb. Bununla da dövlətimizin başçısı Azərbaycanın hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü təmin etməyə hazır, meydana çıxa biləcək hər hansı təhdidlərin qarşısını qətiyyətlə almağa qadir olduğunu bildirib. Dövlətimizin başçısının bu xəbərdarlığı erməni siyasətçilərini düşündürməlidir.

. Dövlətimizin başçısı, həmçinin hələ də bəzi beynəlxalq dairələr tərəfindən tez-tez gündəmə gətirilən Dağlıq Qarabağın statusu məsələsinə də münasibətini açıqladı. Bildirdi ki, statusun ünvanı göstərilib. Ermənistan və erməni xalqı üçün bu məsələ nə qədər az dilə gətirilərsə, o qədər də yaxşı olar. Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Bu gün, ümumiyyətlə, Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik. Qarabağ aranlı-dağlı Azərbaycanın ayrılmaz hissəsidir. Bu gün Ermənistanın irticaçı dairələrində ant-türk şüarlar da səslənməkdədir. Prezident qətiyyətlə bildirdi ki, bunlar avantüradan başqa bir şey deyil. Lakin Türkiyə-Ermənistan münasibətlərinin normalladırılması da istisna deyil. Qardaş dövlət bu istiqamətdə sərhədləri açmaq da daxil olmaqla hansı addımları atsa, Azərbaycanda buna qarşı mənfi fikir olmayacaq.
Dövlətimizin başçısı verilən sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, özü də müxtəlif dillərdə cavablandırdı. Prezidentin bu peşəkar xüsusiyyətləri xarici media nümayəndələrində, sözün həqiqi mənasında, heyrət doğururdu. Böyük Britaniyadan olan müstəqil jurnalist Aynur Tattersalın “Cənab Prezident, mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım” sözləri bunun əyani göstəricisi oldu. Məhz bu keyfiyyətlərə görə ürəklərimiz ulu öndərimiz Heydər Əliyev yolunun layiqli davamçısı olan rəhbərimizə qarşı iftixar hissi ilə döyünür.

Cavid Əsgərov
Cəlilabad Olimpiya İdman Kompleksinin direktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir